get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Cəbhə xəttindəki şəbəkəmizdə təkmilləşdirmə işləri davam edir

calendar 12.04.2016

Azercell Telekom MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərini kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə bu günlərdə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır. Cəbhə xəttinə ən yaxın olan 70 stansiyanın hamısında 3G quraşdırılıb və bununla cəbhə bölgəsində Azercell-in 3G şəbəkəsinin əhatə dairəsi 30%-a qədər genişləndirilmişdir.

 

Tərtər, Ağdərə, Ağdam, Füzuli, Naftalan, Göranboy rayonlarında  yerləşən “Azercell”ə aid Radio Baza Stansiyalarında şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiya aparılıb. Təhlükəsiz, keyfiyyətli rabitəni təmin etmək məqsədilə aşkarlanmış uyğunsuzluqlar qeydiyyata alınıb və dərhal aradan qaldırılıb. Azercell-in işçi qrupunun səyləri nəticəsində cəbhə xəttinə yaxın 25  stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Artıq bu stansiyalar elektrik təchizatı olmadan belə çalışa bilir. Bununla da adı çəkilən ərazilərdə Azercell abunəçiləri tam keyfiyyətli rabitə ilə təmin olunublar. Hal-hazırda da təkmilləşdirmə işləri davam edir.

 

Məlumat üçün qeyd edək ki, Azercell ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib. Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.