get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Dövlətcell” və “Mediacell” abunəçiləri üçün əlavə üstünlük - 500 dəqiqə və 1500 dəqiqəlik paketlər

calendar 30.11.2013

Azərbaycan mobil bazarının lider şirkəti - Azercell Telekom müxtəlif seqmentlərdən olan müştəriləri üçün daha da sərfəli təkliflərin tətbiqini davam edir. Etibarlı rabitə ilə yanaşı, Azercell abunəçiləri sərfəli şərtlərlə müasir texnologiyalardan və İKT sahəsinin ən son yeniliklərindən yararlana bilirlər.

 

Bu dəfə Azercell öz abunəçiləri arasında xüsusi populyarlıq qazanmış “Mediacell” və “Dövlətcell” tarif paketləri üzrə yenilik təqdim edir. Bu gündən etibarən bu tariflərin istifadəçilərinə şəbəkədaxili zanglər üçün xüsusi tariflər əldə etmək imkanı verilir. Beləliklə, “Mediacell” və “Dövlətcell”-lilər cəmi 5 AZN müqabilində 500 dəqiqəlik paket əldə edə bilərlər, 1500 dəqiqəlik paketin qiyməti isə 10 AZN təşkil edir. Bu paketlər faktura dövrü ərzində şəbəkədaxili zənglərə şamil edilir. 500 dəqiqəlik və 1500 dəqiqəlik paketləri sifariş etmək üçün 8770 qısa nömrəsinə müvafiq olaraq “500” və “1500” yazıb SMS göndərmək lazımdır.  8770 qısa nömrəsinə göndərilən SMS-in qiyməti 0.01 AZN-dir. Bu paket bir faktura dövrü ərzində yalnız bir dəfə sifariş oluna bilər. Xidmətlərin istifadə edilməyən hissəsi növbəti faktura dövrünə keçirilmir. Əgər verilən dəqiqələr faktura dövründən əvvəl bitərsə, onda abunəçinin aid olduğu tarif paketində müəyyən edilən tariflər yenidən aktiv edilir. Xidmətdən istifadə edərkən, balansı öyrənmək üçün 8770 nömrəsinə boş SMS göndərmək, deaktiv etmək üçün isə STOP MIN yazmaq lazımdır.

 

Xatırladaq ki, “Dövlətcell” tarif paketi dövlət orqanlarında qulluq edən vətəndaşlar, “Mediacell” isə kütləvi informasiya vasitələrində çalışanlar üçün nəzərdə tutulub. Bu tarif paketləri istifadəçiləri həm öz aralarında danışıq zamanı, həm də digər zənglər üzrə əhəmiyyətli endirimlər əldə etmiş olurlar.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.