“Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq texniki işləri ilə əlaqədar mobil operator tərəfindən təqdim olunan rabitə xidmətlərinin ödəniş tarixi (1-ci fakturalama prosesi) 04.12.2024 - 05.12.2024-cü il tarixlərindən 05.12.2024 - 06.12.2024-cü il tarixlərinə keçirilmişdir. Fakturalama prosesi ilə əlaqədar 05.12.2024-ü il tarixi saat 23:00-dan etibarən 06.12.24-cü il tarixi gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür. Müvafiq işlər yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir.