get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

İçəri şəhərdə gənc rəssamlar üçün incəsənət müsabiqəsi

calendar 22.06.2018

Azercell “Yaşa Azərbaycanım” Filateliya və uşaq  rəsm sərgisinə dəstək oldu

Korporativ sosial məsuliyyət siyasətində uşaqlara qayğı və diqqətə böyük önəm verən Azercell Telekom bu dəfə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Azermarka, içərişəhərin  təşkilatçılığı ilə “Yaşa Azərbaycanım” adlı Filateliya və uşaq  rəsm sərgisinə öz töhfəsini verib.

Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan 5-14 yaşlı uşaqlar arasında keçirilən  “Yaşa Azərbaycanım” adlı rəsm müsabiqəsinə ümumilikdə 93 rəsm əsəri təqdim olunub. Onların arasında vətənpərvərlik mövzusunda rəsmlər çoxluq təşkil edib. “Yaşa, Azərbaycanım!” adı altında müsabiqənin  keçirilməsində  başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

“Zəncirli mülk” sərgi qaleriyasında baş tutan sərgidə fərqlənən 12 nəfər  iştirakçıya Azercell Telekom tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Hədiyyələri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təqdim edib.

Qeyd edək ki, Azercell şirkətinin Korporativ Sosial tədbirlərinin əksər qismi uşaqların gələcək inkişafına yönəlik layihələrdi. Uşaq hüquqlarının qorunması, müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini davam etdirəcək

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.