Azərbaycan
2 dekabr, BakuTel-2013 sərgisinin açılış günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və nazir Əli Abbasov başda olmaqla İnformasiya Kommunikasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Azercell şirkətinin stendini ziyarət etmişlər. Azercell Telekom şirkətinin prezidenti cənab Kiril Qaburiç dövlət rəsmilərinə sərgidə nümayiş olunan “Ağıllı EV” (“Smart Home”) layihəsi ilə bağlı ətraflı məlumat vermiş, mobil telefon vasitəsilə uzaq məsafədən bütün məişət proseslərininin idarə edilmə imkanını əyani şəkildə nümayiş etdirmişdir. Cənab Qaburiç ölkə Prezidentinə, həmçinin, Azercell-in artıq tam olaraq Bakı şəhəri və Abşeron yarımadasının çox hissəsini əhatə edən 4G şəbəkəsi barədə də geniş məlumat təqdim etmişdir.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Abunəlik uğurla tamamlanmışdır