get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

İlk dəfə olaraq Azercell-dən - Korporativ abunəçilər üçün endirimli bölgə tarifi

calendar 30.11.2013

Bu bahar Azercell abunəçilərinə bolluca sevinc gətirdi, çünki lap Novruz ərəfəsində Azercell onlara müxtəlif kampaniyalar və yeni imkanlar təqdim etməyə davam edir. Azercell bu dəfə endirimli bölgə tarifini təqdim etməklə bölgələrdəki Korporativ abunəçilərini sevindirir. Bölgələrdə fəaliyyət göstərən abunəçilər üçün “Korporativ Bölgə” tarifini istifadəyə verən Azercell bütün şirkətləri 4,5 milyonluq abunəçi ailəsinə qoşulmağa səsləyir.

 

Yeni endirimli tarifə uyğun olaraq, bölgələrdə yerləşən şirkətlər bütün istiqamətlərdə 3 qəpik tarifi ilə danışacaqlar.  Eyni zamanda, şirkətin daxilində edilən bütün zənglər pulsuzdur. Yeni tarifə görə, 1 sms cəmi 1 qəpik, 1 MMS isə 5 qəpik tarifi ilə hesablanacaq.Onu da bildirək ki, BizKlub üzvləri üçün də BizKlub daxilində  zənglər pulsuzdur.  Azercell-in korporativ abunəçilərinə təqdim etdiyi bu tarifə qoşulmaq üçün abunəçilər istəklərini əks etdirən məktubu bölgələrdə və ya Bakı şəhərində yerləşən Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə təqdim etməlidirlər. Qeyd edək ki, “Korporativ Bölgə” tarifinin abunəçiləri üçün aylıq abunə haqqı tarifə qoşulan nömrələrin sayına görə dəyişir. Belə ki, 3-10 nömrə arası aylıq abunə haqqı 2 AZN, 10 və daha çox  nömrə üçün isə 1 AZN təşkil edir.  Məlumat üçün bildirək ki, tarifə tətbiq olunan endirimlər yalnız bölgələrdə istifadə oluna bilər.

 

Həmçinin, qeyd edək ki, korporativ abunəçilər üçün tətbiq edilən bu tarif Azercell şirkətinin bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsidir. Bu strategiyanın çərçivəsində Azercell tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar, əsasən də, 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqların pulsuz olmasını nəzərə alaraq abunəçilərə bütün istiqamətlərdə 5 qəpik tarifi ilə danışmağa imkan verən regional “Bolge” tarifini tətbiq etmişdir.

 

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməyə davam edəcək.

 

Qarşıdan gələn Bayramınız mübarək!

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.