Telekommunikasiya sahəsində hər zaman istifadəçilərinə rəngarəng həllər təqdim edən “Azercell Telekom” MMC qarşıdan gələn Novruz bayramı ərəfəsində fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir.
Novruz adət-ənənəsinə görə, hər çərşənbə təbiətin Su, Od, Yel və Torpaq kimi 4 əsas ünsürünün oyanması qeyd edilir. Bu il də hər zaman olduğu kimi, Azercell öz abunəçilərini sevindirməyə davam edir və xüsusi kampaniyaya start verir. Belə ki, Azercell fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı xüsusi endirimlərdən yararlanmaq imkanı yaradır.
Bayramın ilk kampaniyası fevral ayının 25-i bütün fakturasız xətt abunəçiləri üçün “Sərbəst 15” tarifinə qoşulma zamanı 20% endirim kampaniyası oldu.
Azercell yalnız bayram günlərində deyil, eləcə də bütün il boyu evlərinizin sevinclə dolu olmasını arzu edir!
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.