Azercell Telekom Novruz bayramı ərəfəsində abunəçiləri üçün yeni kampaniyaya başlayıb. 7 mart tarixindən etibarən fiziki statusa malik olan bütün fakturalı xətt abunəçiləri xüsusi “Bahar” kampaniyasından yararlana biləcəklər. Kampaniya çərçivəsində bütün mövcud və Azercell şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri, Azercell diler şəbəkələrindən və Azercell Ekspress Ofislərindən güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərinə qoşulub iPhone 6s (16 GB) və iPhone 6s (64 GB) əldə edə bilərlər. Abunəçi kampaniyaya çərçivəsində iPhone 6s (16 GB) və iPhone 6s (64 GB) telefonları əldə etdikdə, 12/24 faktura dövrü ərzində müvafiq olaraq aylıq abunə haqqı odəməli olacaq.
Tarif paketinin adı |
iPhone 6s 16GB / 12 ay |
iPhone 6s 64GB/ 12 ay |
Hedsiz |
179 AZN |
199 AZN |
Hedsiz Zəng |
159 AZN |
179 AZN |
Hedsiz İnternet |
149 AZN |
169 AZN |
iPhone 6s 16GB/ 24 ay |
iPhone 6s 64GB / 24 ay |
|
Hedsiz |
119 AZN |
129 AZN |
Hedsiz Zəng |
99 AZN |
109 AZN |
Hedsiz İnternet |
89 AZN |
99 AZN |
Nəzərinizə çatdıraq ki, kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif paketinə qoşulan abunəçilərə bu kampaniyaya qoşulma müqabilində ilk 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi müştəri tərəfindən sifariş etdikdə 2 dəfə pulsuz təqdim olunacaq. Onu da qeyd edək ki, bu tariflərə qoşulmaqla abunəçilər paket daxilində xüsusi bonus və endirimlər alırlar. Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən AZEX/MX ofislərinə müraciət edə bilər.
Azercell bu bahar 4,5 milyonluq abunəçi ailəsini yeni kampaniyalar və xidmətlər ilə sevindirməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.