get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azercell xidmət mərkəzlərində xüsusi iş rejimi elan edilir

calendar 16.03.2020

Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin, dövlət və özəl sektora aid qurumların fəaliyyəti üçün xüsusi qaydaların işlənib hazırlanmasına dair qərarına uyğun olaraq “Azercell Telekom” MMC öz ofis və xidmət mərkəzlərində xüsusi iş rejimini tətbiq edir.

Belə ki, Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv və Azercell Ekspres ofisləri, eləcə də, Azercell-in rəsmi diler məntəqələri fəaliyyətini davam etdirərək hər gün 09:00-dan 18:00-a qədər müştərilərə xidmət göstərəcək. Eyni zamanda, virusdan qorunmaq məqsədilə
bütün ofislər qoruyucu maska, əlcək, antiseptik vasitələrlə təmin edilir, ofislərdə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.

 

Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq Azercell Telekom öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının movcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir: 

 

  • “Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;

  •  Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;

  •  Azercell Telefon Mərkəzi:
    - Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə
    - Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa   nömrəsinə.

 

Qeyd etmək lazımdır ki, yaranmış vəziyyətlə bağlı Şirkətin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur və Azercell-in bütün texniki heyəti, Müştəri Xidmətləri Mərkəzləri, həmçinin, məsul vəzifələri icra edən departament rəhbərləri və şirkət prezidenti xüsusi iş rejimində fəaliyyətlərini davam etdirəcəklər.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.