Təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 18 fevral 2025-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərin istifadəsində olan “Data” nömrələr üçün təqdim edilən "Biznesim IoT 50 MB" və "Biznesim IoT 100 MB" tarif paketlərinin şərtləri və adları ("Biznesim IoT 50 MB" müvafiq olaraq "Biznesim IoT 60 MB" adlanmaqla; "Biznesim IoT 100 MB" müvafiq olaraq "Biznesim IoT 150 MB" adlanmaqla) ilə bağlı aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
Tarif paketinin adı |
Qiymət (AZN ƏDV daxil) |
Paketin həcmi |
"Biznesim IoT 60 MB" |
1 AZN |
60 MB |
"Biznesim IoT 150 MB" |
2 AZN |
150 MB |
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.