Şirkət Abunəçi Loyallığı İndeksinə görə birincidir
Innovativ yenilikləri Azərbaycanın telko bazarında hər zaman birinci tətbiq edən Azercell Telekom MMC daha bir uğuru ilə seçilib. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksinin (NPS) qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq, 64% nəticə ilə abunəçilərinin yüksək etimadını qazanıb. 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan Azercell, 2017-ci ilin II rübü üçün yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub saxlamaqdadır. Qeyd edək ki, bu dəfə Abunəçi Loyallığı İndeksinin qiymətləndirilməsində Bakı ilə yanaşı bölgələrdəki sakinlər də da iştirak edib.
Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını, onun xidmətlərini tövsiyə etmək hazırlığını müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiq etməklə, Azercell özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyaclarını daha dərindən öyrənməyə və gələcək fəaliyyətini onların istəklərini nəzərə alaraq təşkil etməyə imkan verir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.