get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

calendar 02.02.2017

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası 2016-cı ilin yekunlarını açıqlayaraq cari il üçün fəaliyyət planı hazırlayıb. Ötən illərdə olduğu kimi klinikanın həkimləri bu il də kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, məcburi köçkünlərə ödənişsiz xidmət göstəriblər. Təkcə noyabr və dekabr  aylarında 223 xəstə müayinə və müalicə olunub. Noyabr ayında Binəqədi və Biləcəri qəsəbəsində  52  nəfər, dekabr ayında isə Pirşağı qəsəbəsi 10N-li internat mərktəbinin 171 sakini peşəkar stomatoloq xidmətindən yararlana bilib.  

Azərbaycandakı əksər uşaq evinin stomatoloji kabinetinin olmamasını nəzərə alan “Azercell” Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar və Balakənddə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda Qaçqın düşərgəsində, internat məktəbində uşaqlara xidmət göstərib. 

Fəaliyyət göstərdiyi 6 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.