get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Mobil Göz Klinikası” daha 800-ə yaxın insana dəstək oldu

calendar 28.07.2018

Yüzlərlə sosial təşəbbüsü dəstəkləyən  “Azercell Telekom” MMC-nin faydalı və orijinal layihələrindən biri “Mobil Göz Klinikası” bu ilin ilk 6 ayı ərzində həyata keçirdiyi müayinə və müalicələrin hesabatını açıqlayıb. Bu ilin yanvar-iyun ayları ərzində 800-ə yaxın insan klinikanın pulsuz yardımından yararlanıb. Bakı şəhəri Nizamı rayonunda 41, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 43, Lökbatan qəsəbəsində 37, Bərdə rayonunda məskunlaşan 45 məcburi köçkün klinikanın həkimləri tərəfindən müayinə və mülicə edilərək, sağlamlıqlarına qovuşublar. Bundan əlavə, Abşeron rayonu, Zəngilan şəhərciyi 33 saylı tam orta məktəbdə təhsil alan 47, "Ümid yeri" sığınacağından 46, Ucar rayonu Ümumi orta internat məktəbindən 57, Sumqayıt şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbindən 54, Xaçmaz rayonu kənd orta məktəblərindən 55, Pirşağı qəsəbəsi 10 N-li internat məktəbindən 42 uşaq müayinə və müalicəyə cəlb olunub. Ismayıllı rayonu “Hüquq dünyası” humanitar ictimai birliyində aztəminatlı 42, Kürdəmir rayonunda 37, Sabunçu rayonu Rus icmasından 38, Xırdalan şəhəri 1 saylı yataqxanada yaşayan 46, Yasamal rayonu "Duyğu" sosial reabilitasiya ictimai birliyindən 41, Göyçay şəhəri Gənclər ictimai birliyindən 37, Əmircan qəsəbəsi Qızıl Aypara cəmiyyətindən 38, Xırdalan şəhəri Mühəndislik universitetindən 38 nəfər pulsuz müayinədən yararlanıb.

Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan layihənin məqsədi valideyn  himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edilməsidir. Azercell-in respublika miqyaslı bu  təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir.  2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakı və bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.