get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Ən sürətli Mobil İnternet Azercell-də! “Ookla” indeksinə əsasən Azercell-in interneti ölkənin mobil operatorları arasında ən sürətlidir.

calendar 30.11.2013

Mobil İnternetin keyfiyyətini təsdiqləyən əsas göstəricilərdən biri sürətdir.

Dünyada mobil internetin sürətini ən dəqiq ölçən sistem  - “Ookla Net Index” göstəricisinə əsasən  Azercell-in təqdim etdiyi Mobil İnternet Azərbaycanın mobil operatorları arasında ən sürətlisidir. Belə ki, sistem ölçmələrinə əsasən Azercell hazırda saniyədə 6,12 MB sürətli İnterneti təqdim edir. Bu, ölkədə digər operatorlara nisbətən ən yüksək göstəricidir.

“Ookla” şirkəti İnternetə qoşulma sürətini ölçən ən nüfuzlu sistemlərdən birinə sahibdir. Burada hər gün 5 milyon sınaq testləri  aparılır. ABŞ-da yerləşən bu qurum tərəfindən dünya üzrə 2500-dən çox serveri əhatə edən sistem qurulub. Hazırda Ookla sürət testlərinin nəticələri dünyada ən dəqiq və etimadlı sayılır.

Xatırladaq ki, “Ookla Net Index” göstəricisinə əsasən, ötən il də 5.5 MB/ps nəticə ilə məhz Azercell ən yüksək sürətli internet təminatçısı kimi tanınmışdı. Sınaqlar zamanı Azərbaycandan 300 minə yaxın unikal İP adres testdən keçirilir. 

Onu da qeyd etmək yerinə düşər ki, Azercell-in təqdim etdiyi Mobil İnternet Azərbaycanda təqdim olunan “fixed broadband”, yəni sabit genişzolaqlı İnternetə yaxın səviyyədədir. Bu səviyyəli internetdən istifadə edənlər kabel əvəzinə radiosiqnallardan yararlanırlar.  

Əminliklə demək olar ki, Azərbaycanda ən sürətli, keyfiyyətli və həmçinin ən  sərfəli İnternet “Azercell Telekom” MMC tərəfindən təqdim olunur. Hazırda abunəçilər üçün istənilən qiymət və istənilən həcmdə İnternet paketləri mövcuddur. Azercell-lilər gündəlik, həftəlik və aylıq 3G, həmçinin 4G paketləri ala bilirlər.  Azercell müştəriləri hətta işlətdikləri trafikə uyğun İnternet paketi də sifariş edə bilirlər.  Bundan əlavə, “Azercell Telekom” MMC mütəmadi olaraq Mobil İnternet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Onların arasında “Həftəsonu pulsuz İnternet”, 10GB=10AZN, 50MB=0.25 qəpik və digərləri var.

Hazırda Azercellin hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və 2013-cü illə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir.

 Azercell indi nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib. Ötən ilin sonuna mövcud olan 6 minə yaxın baza stansiyasından 300-ü məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.