get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Novruz ərəfəsində Azercell-dən abunəçilərə hədiyyə

calendar 16.03.2018

Ölkənin lider mobil operatoru Azercell Telecom Novruz bayramı ərəfəsində abunəçilərini daha bir smartfon kampaniyası ilə sevindirir. Bayram münasibətilə özünə və yaxınlarına hədiyyə etmək istəyən Azercell abunəçiləri bu sərfəli kampaniyadan yararlana bilərlər. Belə ki, martın 16-dan etibarən iPhone 8 smartfonu 5GB internet paketi üstəgəl 2 illik pulsuz Azercell Plus Musiqi xidməti aylıq cəmi 85 AZN-ə abunəçilərə təklif olunur. Qeyd edək ki, kampaniyadan yararlanmaq istəyən abunəçilər Azercell-in Eksklüziv mağazalarına və Müştəri Xidmətləri ofislərinə müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyn küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Qubada (Heydər Əliyev prospekti, 194) və Sumqayıtda (11-ci m/r, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) abunəçilərin ixtiyarına verilib.

Öz abunəçiləri üçün smartfon istifadəsini daha əlverişli və rahat etməyi hədəfləyən Azercell şirkəti bundan sonra da müştəriləri yeni kampaniyalarla sevindirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.