get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

 “Qadın Dəstək Xətti”nə  4079 müraciət daxil olub

calendar 06.03.2024

 “Qadın Dəstək Xətti”nə  4079 müraciət daxil olub

Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara yardım edir.

“Qadın Dəstək Xətti” 2023-cü il üzrə illik hesabatını açıqlayıb. Xidmətə ötən il ərzində 4079 müraciət daxil olub. Müraciətlər:

  • Məişət zorakılığı – 1479
  • Hüquqi yardım – 971
  • Sosial-maddi rifah – 522
  • Alimentin alınmasında çətinlik – 447
  • Boşanma – 358
  • Səhiyyə hüququnun təmin edilməsi – 181
  • Sığınacaqla təmin olunma – 121

mövzularını əhatə edib.

“Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi və zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.

“Qadın Dəstək Xətti”nə müraciət edənlər peşəkar işçi heyəti tərəfindən hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumatlandırılma, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstəklə təmin olunurlar. Eləcə də qadınlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönləndirilir, hüquqi məsləhət alırlar. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq çərçivəsində müraciətlər həllini tapır.

Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti” xidməti ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım göstərmək istiqamətində fəaliyyət göstərir. Layihə “Ümidli Gələcək” İB-nin komandası tərəfindən icra edilir.

24 saat xidmət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri, İctimai Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.