“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazandı!
Azercell və Azərbaycan Cüdo Federasiyasının “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalda qalib oldu!
Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” layihəsi Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalında — “Red Jolbors”da Qran-pri mükafatına layiq görülüb. Qran-pri ilə yanaşı, layihə 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat da qazanıb. “Qızlara ağ yaraşır” 6 ölkədən (Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Rusiya) daxil olan 509 müraciət arasından aşağıdakı nominasiyalar üzrə qalib seçilib:
Jüri qismində isə Böyük Britaniya, Malayziya, Rusiya, İtaliya və Yeni Zelandiyadan olan reklam peşəkarları çıxış ediblər. Qeyd edək ki, “Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı “Endorphin” reklam agentliyidir.
Bu, “Qızlara ağ yaraşır” sosial layihəsinin qalib gəldiyi ikinci beynəlxalq festival və qazandığı ikinci qran-pri mükafatıdır. Belə ki, layihə ötən ay Gürcüstanda baş tutmuş “Ad Black Sea” festivalında da 13 kateqoriyanın 6-da mükafata layiq görülmüşdü.
“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial layihəsi qızları inkişaf və idmana cəlb etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.
“Qızlara ağ yaraşır” çərçivəsində Azərbaycan Cüdo Federasiyası cüdo məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub.
“Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün: