get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə görüş keçirib

calendar 23.08.2022

Avqust ayının 22-si cənab Rəşad Nəbiyev “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti ilə görüş keçirdi. R. Nəbiyev Azercell-in strateji təşəbbüsləri və gələcək planları barədə cari status hesabatlarını dinlədi. Cənab nazir, xüsusilə, abunəçilərin dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə Azercell şəbəkəsinin genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla  tanış oldu. Bu layihə  4G şəbəkəsinin tutumunun Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% genişləndirilməsini təmin edəcək. Həmçinin, cənab nazirə şəbəkənin genişləndirilməsi layihəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 80-dən çox yeni 4G baza stansiyasının qurulması və şirkətin satış və xidmət mərkəzlərinin istismara verilməsi haqqında məlumat verildi.

Nazir telekommunikasiya sənayesinin ən son trendlərinə uyğun olaraq Azercell-in təqdim etdiyi məhsul və rəqəmsal həllər barədə də məlumatlandırıldı.  Belə layihələrə özündə həm maliyyə, həm də mobil rabitə imkanlarını birləşdirərək abunəçilərə rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən fintek həlli aiddir. 

Şirkətin perspektiv planlarına gəlincə, cənab Nazirə əminliklə bildirildi ki, Azercell öz infrastrukturunun genişləndirilməsi və modernizasiyasına yatırım etmək, həm də abunəçiləri üçün innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində təşəbbüslərini davam etdirəcək.
Nazir Azercell komandasına şirkətin həyata keçirdiyi uğurlu layihələrə görə təşəkkür etdi və gələcək təşəbbüslərin həyata keçirilməsində müvəffəqiyyətlər arzuladı.