Müxtəlif kampaniyalar, sərfəli tarif paketləri və Azercell-in digər yeni təklifləri ilə bol olan xüsusi Novruz xonçası abunəçiləri bayram ərəfəsində sevindirməkdə davam edir. Beləliklə, Azərbaycanın mobil bazarının lider operatoru Azercell, Samsung şirkəti ilə əməkdaşlıqda, rəsmi distribütor Integral şirkətinin vasitəsilə, yeni kampaniyanın başlanmasını elan edir. Kampaniya çərçivəsində Samsung Galaxy S5 telefonlarını sərfəli şərtlərlə əldə edərək, əlavə olaraq Azercell-dən pulsuz internet paketi də qazanmaq mümkündür.
Bu gün, martın 19-da Azərbaycan bazarında yeni Samsung Galaxy S5 modelinin ekslüziv və rəsmi təqdimatı baş tutub. Tədbirdə Azercell şirkətinin rəsmi nümayəndələri iştirak edərək, bu model smartfonlar üçün əvvəlcədən sifariş xidmətinin və yeni kampaniyanın başlanması barədə məlumat verib.
Yeni kampaniya zamanı abunəçilər Samsung S5 telefonlarını həm Azercell-in, həm də Integral mağazalar şəbəkəsinin İnternet səhifəsindən 699 AZN-ə sifariş etmək imkanı əldə edəcəklər. Bu zaman abunəçilərə Samsung aksessuarları üçün istifadə olunacaq əlavə 100 AZN-lıq hədiyyə vauçeri təqdim ediləcək. Bundan əlavə, abunəçiyə, həmçinin, 3 ay ərzində hər ay 4GB həcmində pulsuz internet hədiyyə olunacaq. Qeyd edək ki, istənilən fakturalı Azercell abunəçisi bu kampaniyaya qoşula bilər.
Samsung S5 telefonları üçün sifarişlər martın 19-dan aprelin 9-na qədər qəbul edilir. Hər bir Azercell abunəçisi kampaniyaya qoşulub Bahar bayramını yeni telefon və pulsuz İnternetlə qarşılaya biləcək.
Novruz Bayramınız mübarək!
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.