get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

SimSim abunəçiləri üçün 40%-lik endirim

calendar 03.02.2016

Azercell yeni sərfəli Kombo tarif paketini istifadəyə verdi

4,5 milyonluq abunəçi ailəsi ilə ölkənin lider mobil operatoru Azercell Telekom 2016-cı il üçün hazırladığı yenilikləri təqdim etməkdə davam edir. Şirkət növbəti dəfə Fakturasız Xətt (SimSim) Abunəçilərini yeni tarif paketi ilə sevindirir. Belə ki, 2 fevral tarixindən etibarən Azercell Fakturasız Xətt abunəçilləri üçün yeni KOMBO tarif paketi istifadəyə verildi.  İki Paketden (Kombo 8 və Kombo 16) ibarət olan Kombo tarifi abunəçilərə rahatlıq və qənaət etmək imkanı verir.

 

 Rahatliq  -- Kombo paketlərində dəqiqə, İnternet və SMS eyni paketdədir. Abunəçilər bu paketlərə ayda bir dəfə qoşulmaqla, danışıq dəqiqələrini,  SMS və Mobil Internet paketini  birdəfəyə almış olacaqlar.

 Qənaət – Kombo paketlərinə qoşulmaqla abunəçilər mobil xərclərinə ən azı 40% qənaət etmiş olurlar.  Kombo paketlərində danışıq dəqiqələri, internet və SMS həcmlərinə görə ümumi paket qiyməti, bu həcmlərə ayrı-ayrılıqda verilən bütöv məbləğdən ən az 40% endirimlə təklif olunur.

Daha bir üstünlük isə şəbəkədaxili sms-in limitsiz olmasıdır. Yəni, bu tarif paketinə qoşulan abunəçilər ay boyunca sevdiklərinə istədikləri qədər pulsuz şəbəkədaxili sms göndərmək imkanı qazanırlar.

 

Kombo 8

Kombo 16

Paketdaxili həcmbitdikdən sonra hər 1deq/1mb üçün istifadə, AZN

Paketin aylıq qiyməti

8 AZN

16 AZN

Şəbəkədaxili zəng

200 dəq

400 dəq

0.05

İnternet

500 MB

1500 MB

0.10

Şəbəkədaxili SMS

LİMİTSİZ

LİMİTSİZ

-

Şəbəkəxarici zəng

-

-

0.05

       

 

 

Qeyd edək ki, paketlər hər ay avtomatik yenilənir və bununla da abunəçiyə həm ay ərzində mobil istifadə üçün lazım olan hər şeyi birdəfəyə almaq rahatlığı yaradır. Bu paketlər abunəçilərə, həm də onlara ay ərzində telefon xərclərini idarə etmək imkanı verir. Bu tarifin daha bir üstünlüyü ondan ibarətdir ki,  ay ərzində paketdaxili həcmlər 30 gündən tez bitərsə, abunəçilər endirimli əlavə internet və əlavə şəbəkədaxili dəqiqə paketlərindən istifadə etmək imkanı əldə edir. Kombo tarif paketinə qoşulmaq üçün abunəçilər Kombo 8 və ya Kombo 16 açar sözünü yazıb 7575-ə göndərə bilər.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.