Bir çox ölkələrdə 20 noyabr Ümumdünya Siqaretdən İmtina günü kimi qeyd olunur. Ölkənin lider mobil rabitə operatoru Azercell Telekom məhz bu tarixdə öz əməkdaşları arasında “Siqaretsiz həyat daha gözəldir” şüarı altında xüsusi kampaniya təşkil etdi. Kampaniya çərçivəsində şirkətin hər bir işçisinə üzərində siqaretin zərərli vərdiş olmasını əks etdirən stiker və stressbol hədiyyə olunub. “Azercell-lə həyat daha gözəldir” deyən şirkət əməkdaşları bir günlərini “Siqaretsiz həyat daha gözəldir” aksiyasına həsr ediblər. Kampaniyaya qoşulan Azercell əməkdaşları həmçinin öz həmkarları və tanışlarını da sosial şəbəkələr vasitəsilə siqareti tərgitməyə dəvət ediblər. Kampaniya iştirakçıları sosial şəbəkələrdə paylaşılan statuslarda #Siqaretsiz həştəqindən yararlanıb.
Qeyd edək ki, siqaretin zərərləri saysız həddədir. Tütün məmulatlarından asılılıq həm sağlamlığa ciddi ziyan vurur, həm də cibə. Hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir. Digər tərəfdən, siqaret çəkənlər özləri ilə yanaşı ətrafdakıların səhhətinə də böyük ziyan vururlar. Hesablamalara görə, ildə 600 min insan passiv siqaret çəkmə səbəbindən vəfat edir və onların əksəriyyəti uşaqlardır.Azərbaycanın öncül korporativ sosial məsuliyyətli şirkətlərindən olan Azercell daim ətraf mühit və sağlamlığa faydalı olan layihələr həyata keçirir. Azercell enerjidən səmərəli istifadəni təmin etmək və karbon hasilatını azaltmaq üçün çalışır. Şirkət daxilində “yaşıl ofis” siyasəti yürüdülür. Azercell öz abunəçilərini də bu prosesə cəlb edir və onları ətraf mühitə qarşı zərərsiz həyat tərzi seçməyə çağırır. Məhz Azercell-in texniki həlləri sayəsində abunəçilər ətraf mühitə qarşı ziyansız həyat tərzi yaşayırlar və karbon hasilatını azaldırlar. Azercell qlobal istiləşmə və karbon emissiyası kimi problemlərə dair ictimaiyyətdə məlumatlılığın artırılması, müxtəlif komandalar üçün unikal elektron alət hazırlayıb. Bununla da Azercell ölkədə insanların ətraf mühit baxımından daha zərərsiz həyat tərzi sürməsinə yardım edən ilk şirkət oldu. Sağlam həyat tərzini təbliğ edən “Azercell Telekom” MMC dəfələrlə idman yarışlarının tşəəbbüskarı, müxtəlif idman komandalarının sponsoru qismində çıxış edib, uşaqlar arasında belə yarışmaların keçirilməsi üçün dəstəyini əsirgəməyib.
Əməkdaşları arasında keçirmiş olduğu “Siqaretsiz həyat daha gözəldir” şüarı altında təşəbbüs Azercell tərəfindən reallaşan və gələcəkdə daha böyük miqyasda genişləndirilə biləcək növbəti sosial layihə oldu.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi