Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom payızda da abunəçilərinə maraqlı sürpriz hazırlayıb. Belə ki, yeni Gənc OL tarifini abunəçilərinə təqdim edən Azercell inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif edir.
İndi hər kəs Gənc OL tarifinə qoşula bilər, özü də çox asan. Azercell-in yeni tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri Gencol5 və ya Gencol10 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla siz sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilərsiz. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla siz Gənc OL abunəçiləri arasında 300 dəq, şəbəkədaxili zənglər üçün 20 dəq, şəbəkəxarici zənglər üçün 10 dəq danışıq əldə edirsiniz. Bundan əlavə, siz hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı qazanırsız. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə danışacaqlar. Gənc OL 10 paketi də sizə belə sərfəli danışıq təklif edir. Burda abunəçilərə öz aralarında 800 dəq, şəbəkədaxili 50 dəq, şəbəxarici isə 30 dəqiqə danışıq imkanı verilir. Eyni zamanda 1 GB Mobil İnternet və 800 SMS-dən istifadə etmək imkanı qazanırsınız.
Tarif paketləri
Aylıq |
Paketlər |
Aylıq paketdən sonra xidmətlərdən istifadə haqqı |
|
GəncOL5 |
GəncOL10 |
||
Paketin qiyməti |
5 AZN |
10 AZN |
|
Gənc Ol abunəçiləri arasında (dəq) |
300 |
800 |
0.02 |
Şəbəkədaxili zənglər (dəq) |
20 |
50 |
0.12 |
Şəbəkəxarici zənglər (dəq) |
10 |
30 |
0.12 |
Mobil Internet |
500 MB |
1 GB |
- |
SMS |
300 |
800 |
0.03 |
Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla siz eyni zamanda Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalından www.gencol.az yararlana bilərsiz. Portala daxil olmaqla siz eyni zamanda Genc OL tarif paketinin təklif etdiyi xüsusi endirim və kampaniyalardan faydalana bilərsiniz.
Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola biləcəklər. Gənc OL paketinin sizə təklif etdiyi kampaniyalara gəlincə, bu paketə qoşulmaqla siz ParkCinema-da həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək bir bilet almaqla ikincini pulsuz əldə edəcəksiz.
Bütün Gənc OL abunəçiləri endirim və kampaniyalardan www.gencol.az/benefits saytına daxil olaraq faydalana bilər.
Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.