get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Standard Insurance – MND çərçivəsində Azercell-in şəbəkəsinə keçmiş ilk korporativ abunəçi

calendar 30.11.2013

1996-ci ildə, yarandığı gündən etibarən Azercell şirkəti ölkəmizdə innovativ müştəri xidməti sisteminin modellərini qurmuş və həyata keçirməkdə davam edən aparıcı şirkət olmuşdur. Korporativ abunəçilərə xidmət müştəri xidmətləri sahəsinin xüsusi bir istiqaməti olmaqla, daim Azercell şirkətinin əsas prioritetlərindən biri olmuşdur. Azercell korporativ rabitə xidmətləri sahəsində aparıcı mövqeyə malik şirkət olaraq öz şəbəkəsi daxilində Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən böyük sayda qeyri-hökümət təşkilatları və dövlət müəssisələrini, yerli və beynəlxalq şirkətləri birləşdirir. Mobil Nömrə Daşınması (MND) xidmətinin tətbiqindən sonra daha bir şirkət ölkənin mobil rabitə bazarının lider şirkətinin 4,5 milyonluq ailəsinə qoşulmağa qərar verdi. Martın 11-də MND çərçivəsində Azercell şirkətinin şəbəkəsinə keçən ilk korporativ abunəçi, ölkənin sığorta sahəsinin ən iri şirkətlərindən biri – Standard İnsurance şirkəti ilə görüş keçirildi. Şirkətin idarə heyətinin sədri Kamal İbrahimov xüsusi diqqətə və uzun illər ərzində Azərbaycanda innovativ və keyfiyyətli xidmətlər göstərilməsi sahəsində uğurlu xidmətə görə Azercell şirkətinə təşəkkürünü bildirdi. Onun sözlərinə görə, Azercell şəbəkəsinə keçmək qərarının əsas səbəbləri yüksək səviyyəli rabitə, etibarlı siqnal, keyfiyyətli mobil İnternet və ölkədə keyfiyyət standartına çevrilmiş ən qabaqcıl müştəri xidməti səviyyəsi olmuşdur. Öz növbəsində, Azercell şirkətinin Prezidenti Kiril Qaburiç Azercell-in təklif etdiyi keyfiyyətli rabitə və xidmətlərinə üstünlük verdiklərinə görə şirkətə təşəkkürünü bildirdi və bütün müştərilərə yüksək-keyfiyyətli xidmət, etibarlı rabitə və innovativ məhsullar təqdim edəcəklərini söz verdi.

Xatırladaq ki, Azercell Telekom Mobil Nömrə Daşınması xidməti çərçivəsində qoşulma həyata keçirən ilk şirkət olmuşdur. Hal-hazırda şirkətin 200-dən artıq müştəri xidməti mərkəzi fəaliyyət göstərir ki, burada nömrə daşınması üçün ərizələr qəbul  edilir və xidməltə əlaqədar geniş məlumat təqdim olunur. Şəbəkəyə ölkə boyu 148 ekspres-ofis, 10 abunə mərkəzi və 156 diler dükanı daxildir.

Azercell bütün abunəçilərə ən yüksək səviyyədə xidmət göstərəcəyinə söz verir və hamını öz abunəçi şəbəkəsinə dəvət edir!

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti  Asan imza sistemini  tətbiq edən ilk operator oldu. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.