get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Uşaq paralimpiyaçıları beynəlxalq turnirdə

calendar 03.08.2017

Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsi fəaliyyətini uğurla davam etdirir, belə ki komitədə idman növlərinin sayı artırılaraq 6-ya çatdırılıb. İndi uşaqlar burda boccia, üzgüçülük, stolüstü tennis, cüdo, qolbol və əlil arabasında idman rəqsi ilə məşğul olurlar. Mərdəkan və Gənclik bərpa mərkəzlərində 32 uşaq boccia, Sumqayıt Paralimpiya kompleksində 40 nəfər üzgüçülük, Qaradağ tennis məktəbində 6 nəfər stolüstü tennis, Sumqayıt Paralimpiya Kompleksində 32 nəfər cüdo, Korlar Cəmiyyətinin binasında 20 nəfər qolbol, AF Mall ticarət mərkəzinin rəqs zalında isə 1 nəfər əlil  arabasında idman rəqsi ilə məşğul olur. Bundan əlavə, Azercell-in dəstəyi ilə iyun ayında Naftalan Qaşaltı otelində təlim-məşq toplantısı keçirilib və bir qrup paralimpiyaçı uşaq müalicə-müayinə olunub.


Uşaq Paralimpiya Komitəsinin bu il üçün planları da artıq hazırdır. 4-9 sentyabr  tarixlərində 2 idmançı Moskvada boccia idman növü üzrə keçirilən Beynəlxalq turnirdə iştirak edəcək. 2017-ci ilin noyabr ayında isə III Uşaq Paralimpiya İdman  Oyunları keçiriləcək.

2014-cü ildən Azercell şirkətinin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi və ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.


Onu da qeyd edək ki, yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün köməyini əsirgəməyən Azercell Telekom Uşaq Paralimpiya Komitəsinə dəstəyə görə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.


 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz      

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.