get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Uşaq Qaynar Xətt” xidməti "Maarifləndirmə kampaniyası" keçirir

calendar 07.11.2016

Azercell Telekom MMC –nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti mütəmadi olaraq həyata keçirdiyi "Maarifləndirmə kampaniyası" çərçivəsində tədbirlərini davam etdirir. “Uşaq Qaynar Xətt" xidməti bu dəfə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə qeyd edilən "Uşaq Hüquqları" aylığı günü ilə əlaqədar Sabunçu rayonu, 252 nömrəli məktəbin 8-9-cu sinif şagirdləri, məktəb nümayəndələri və valideynlərin iştirakı ilə görüş təşkil edib. Tədbirdə Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti və eləcə də "Zərərli vərdişlər", "Erkən Nigahın qarşısının alınması", uşaqların hüquqlarına dair mövzuların təqdimatı və valideynlərlə birgə müzakirəsi aparılıb. Tədbirdə eyni zamanda iştirakçılara "Uşaq Qaynar Xətt " xidmətinə məxsus məlumat xarakterli buklet, stikerlər paylanılıb və şagirdləri maraqlandıran suallara cavab verilib.

2010-ci ildə Azercellin dəstəyi ilə Bakıda yaradılan “Uşaq Qaynar Xətt”-in əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15.000 - ə yaxın müraciət daxil olub.

Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi köçkün olan uşaqlar istifadə edirlər.

Yaradılan qaynar xəttin daha üstün bir cəhəti sözügedən xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır. Digər tərəfdən, fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz    

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.