get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“Uşaq Qaynar Xətt Xidməti”nin uşaqlara psixoloji və mənəvi dəstəyi davam edir

calendar 01.08.2018

“Səninlə kobud rəftar edirlər? Narahatsan? Qorxursan? Onda problemini bizimlə bölüş!”

Bu çağırış “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” tərəfindən bütün uşaqlara ünvanlanıb.


“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyətə başladığı ilk gündən minlərlə uşağa psixoloji və mənəvi dəstək göstərib. Xidmət artıq ölkəmizdə uşaqlar tərəfindən kifayət qədər etibar qazanıb. Məhz buna görədir ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edən uşaqların sayı hər keçən gün artmaqdadır. Xidmət  göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Tək bu ilin ilk 6 ayı ərzində “Uşaq Qaynar Xətti”nə 1379 müraciət daxil olub. Bu zənglərdən 269-u psixoloji, 259-u hüquqi, 58-i səhiyyə,  65-i sosial, 650-si təhsil, 78-i digər problemlərlə bağlı olub. Daxil olan müraciətlərin 914-ü 18 yaşdan yuxarı, 465-i isə 18 yaşdan aşağı olan şəxslər tərəfindən edilib. 570 müraciət şəhərdaxili nömrədən, 792-si mobil nömrədən, 17-si ilə sms və Facebook səhifəsi vasitasilə daxil olub. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə ölkəmizdən kənarda yaşayan uşaqlar da müraciət edir ki, daxil olan zənglərin 65-i ölkə xaricindən qeydə alınıb.

Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti (yardim@usaqxetti.az) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.

Qeyd edək ki, xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.