Artıq Azercell abunəçiləri distant dərslərə daha rahat qatılacaq! Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Respublikası Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri “Təhsil” internet paketi ilə sevindirir.
Azercell “Təhsil” internet paketi çərçivəsində “Microsoft Teams” tətbiqindən bütün əməliyyat platformalarında və istənilən veb-brauzerdə eksklüziv şərtlərlə yararlanmaq imkanı verir. Beləliklə, Azercell abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir. Günlük paketə qoşulmaq üçün “tehsil1” açar sözünü, aylıq internet paketi üçün isə “tehsil30” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir. Həmçinin internet paketləri Azercell-in çoxfunksional “Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.
Xatırladaq ki, fəaliyyəti boyunca ölkədə təhsilin inkişafına daima töhfə verən Azercell, qlobal sağlamlıq böhranı dövründə də bu ənənəyə sadiq qalır. Belə ki, şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 30 min müəllimə dəstək olaraq daha öncə 2 ay ərzində 5GB internet də hədiyyə edib.
Qeyd edək ki, “Təhsil” internet paketindən Azercell-in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlana bilər.
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/tehsil_paketi/
səhifəsinə keçid etməyiniz xahiş olunur.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.