get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Yay təcrübə proqramı 2016

calendar 16.05.2016

Azercell-də təcrübə proqramı nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə, telekommunikasiya sənayesi haqda bilikləri əldə etməyə, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə, və gələcəkdə  burada karyera qurmağa imkanlar yaradır.

Mərhələli dəyərləndirmələr nəticəsində  seçilən tələbələr və məzunlar  Azercell şirkətində 3 (üç) ay müddətində təcrübə keçəcəklər.


Təcrübə proqramı üzrə müraciət


Programda son iki kursunun tələbələri və 2016-cı ilin məzunları iştrak edə bilərlər (Bakalavr, Magistr)

Təcrübə proqramı üzrə müraciət etmək üçün:
 

  1. müvafiq təcrübə sahəsini seçin;
  2. elektron müraciət ərizəsini doldurun;
  3. müraciət formasının qeyd olunan qrafalarına aşağıdakı sənədlərin skan versiyasını PDF formatında yükləyin:
  4. tələbə bileti (2016 cı ilin məzunları diplomum sürətini və qiymət vərəqəsini təqdim etməlidilər);
  5. fakultə dekanının təsdiqlədiyi qiymət kitabçası (tələbələr üçün);



Təcrübə proqramı üzrə seçim prosesi

 

 

İlk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar  isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiləcəklər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar  akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçiləcəklər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olacaqdır.

 


Qeydlər:

 

 

Təcrübə proqramına müraciət müddəti 16-25 May 2016

Bir tələbə və ya məzun  eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilər.

Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur.

Müraciət ərizəsinə tələb olunan sənədlərin skan versiyası əlavə edilməsə müraciətlər nəzərə alınmayacaq.

Yalnız ilk seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

Təcrübə sahəsini seçmək üçün vakansiyalar (linkdə - https://www.azercell.com/career/vacancies/)bölümünə müraciət edin

 

Əlavə məlumat üçün internship@azercell.com e-mail ünvanına və 012 496 70 07 telefonla   müraciət edə bilərsiniz.