get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Zvooq xidməti əhvalınızın müsiqisi olacaq

calendar 13.02.2017

Azercell Telekom MMC öz abunəçiləri üçün daha bir xidməti təkmilləşdirərək, onların ixtiyarına verib. Belə ki, artıq Azercell abunəçilərinə Zvooq xidmətinin premium versiyası vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz play listini yaratmaq imkanı verir. Xidmətə qoşulmaq üçün Google Play və ya AppStore-dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Qeyd edək ki, xidmət 10.02.2017-ci il tarixindən etibarən, bütün abunəçilərin istifadəsinə təqdim olunub. Həmin tarixdən xidmətə qoşulanlar ilk aylıq (30 günlük) istifadə müddəti ərzində Zvooq  xidmətindən ödənişsiz yararlana bilirlər. Bu (30 günlük) müddət bitdikdən sonra, həmçinin 10.03.2017-ci il tarixindən etibarən xidmətə qoşulanlar, 4,5 AZN xidmət haqqı ödəməklə xidmətdən 30 günülük istifadə edəcəklər. Aylıq abunə haqqı müqabilində xidmətə qoşulma hər ay avtomatik yenilənir. Zvooq xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.

Abunəçilər Azercell Telekom MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565, E-poçt: customercare@azercell.com; musterixidmetleri@azercell.com, o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.

Beləliklə, Zvooq xidməti ilə siz əhvalınıza uyğun istənilən musiqini istədiyiniz anda dinləyə biləcəksiniz. 

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz  

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.