Xarıbülbülümüzə, Murovdağımıza, mədəniyyət beşiyimizə qovuşduq! İllərin həsrəti bitdi, indi isə #birlikdə evimizə, doğma Qarabağımıza #gəlirik!
Bu qürurlu, həyəcanlı və çətin günlərdə hər an vətənə dəstəyimizi hiss etdirməyə çalışdıq. Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon AZN ianə etdik, hərbi jurnalistlərin balanslarının dolu olmasını təmin etdik. Azercell Plazada və hər bir işçimizin əlində məğrur bayrağımız dalğalandı.
Düşmənlə təmas xəttinə ezam edilmiş bütün media əməkdaşlarının və erməni təxribatına məruz qalmış Bərdə və Gəncə şəhərlərinin sakinlərinə də şirkət tərəfindən rabitə dəstəyi göstərilib.
Azercell əməkdaşlarından ibarət bu xeyriyyə 15 ilə yaxındır ki, ölkənin uşaq evləri, internat, ahıllar evi, eləcə də müalicəyə ehtiyacı olan şəxslərə dəstək göstərir. «Azercell Könüllüləri»nin son təşəbbüslərindən biri də döyüşlər getdiyi zaman ön cəbhədəki əsgərlərimizə yardım oldu. İsti geyimdən ibarət 400-dən artıq qutu, tibbi ləvazimat və digər vəsaitlər toplanaraq Azercell əməkdaşları tərəfindən ordumuza pay göndərildi.
Özümüzü, gələcəyimizi və sevdiklərimizi birlikdə qoruyaq
Azercell şirkəti 2016-cı il aprel döyüşləri və 2020-ici ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda həlak olan şəhidlərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. Azercell onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək. Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub.
Azercell tərəfindən Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub. Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur Busuu mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.
Azercell 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinin yanındadır. Komitə sayəsində 1000-ə yaxın sağlamlıq imkanları məhdud uşaq idmana cəlb olunub, 180 idmançımız isə V Uşaq Paralimpiya Oyunlarında yarışıb.
Uşaqlar üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Fəaliyyətimiz ərzində Android və IOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiq hazırlanıb, Göygöl ofisi xidmət göstərməyə başlayıb və 116-111 qısa nömrəsi istifadəyə verilib.
Bu sahədə Təhsil Nazirliyi ilə uğurla əməkdaşlıq edirik. 88 ölkənin 600-dən çox şagird, müəllim və ekspertini bir araya gətirən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının «Rəqəmsal Sponsor» kimi çıxış etmişik. Komandamızın uğurlarında töhfəmiz olduğu üçün fərəh duyuruq!
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Azercell Telecom 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaqlara və şəhid övladlarına Busuu dil öyrənmə xidmətinə pulsuz istifadə hədiyyə edir
Azercell əməkdaşları hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün qan verdilər
Azercell-in dəstəyi və Xəzər Qayğıkeşlik İctimai Birliyinin peşəkar həkimlərinin iştirakı ilə hər il şəhər ətrafı və bölgələrə edilən səfərlər zamanı Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları minlərlə uşaq və böyükləri müayinə və müalicə edir. Azercell-in Səyyar Klinikalarında bu günədək ümumilikdə 11 000-dən artıq şəxs müayinə və müalicədən keçib.
Azercell jurnalistlərimizin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək 22 iyul Milli Mətbuat Günündə 7.000 Mediacell tarifi istifadəçilərinin balansına hədiyyə olaraq 5GB mobil internet yüklədi.
Cəmiyyət qadının gücünü bilsin Azercell güclü və gücünü kəşf etməyə hazır qadınların yanındadır. Öz yolunu seçib ona doğru qətiyyətlə addımlayan qadınlar hər kəs üçün nümunə və ilham mənbəyidir. Onlar inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir. Biz isə hər zaman onları dəstəkləyirik.
Nəsiminin 650 illik yubileyi münasibətilə onun 60 nəzm nümunəsi azərbaycan, ingilis və rus dillərinə tərcümə olunub və Bookmate tətbiqindəki audio kitablar sırasında öz yerini alıb.