Mobil telekommunikasiya sahəsində lider olan Azercell öz əməliyyat infrastrukturunun təkmilləşdirilməsinə daim investisiya yatırır. Fəaliyyətə başladığımız gündən bəri Azercell olaraq regionun ən qabaqcıl kommunikasiya şəbəkələrindən birinin qurulması üçün 1 milyard 621 milyon USD investisiya ayırmışıq.
Ən modern proseslər və proqram təminatı ölkə boyunca fərdlər və təşkilatlar üçün ən vacib məhsul və xidmətləri təmin etməyimizə kömək edir. 1 milyard 845 milyon AZN miqdarında ödənilən vergi ilə Azercell ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfə verən əsas vergi ödəyicisidir. Biz bu uğurumuzla fəxr edirik. Bu faktor bizi gələcək inkişafa və yeni uğurların əldə edilməsinə ruhlandırır.
Müasir sosial həyatı mobil kommunikasiyalar, xüsusilə də, internet olmadan təsəvvür etmək çətindir. Azercell ölkə əhalisinin 50%-dən çoxunun informasiya, əyləncə və təhsil kontentlərinə rahat çıxışını təmin edir. Ölkənin bir çox rayonları və kəndlərində mobil telefonlar ən etibarlı kommunikasiya vasitəsidir. Təbii fəlakətlər, müharibələr və fövqəladə hadisələr zamanı Azercell-in əlçatan texnologiyaları bir çox həyatların xilas edilməsinə töhfə vermişdir.
Azercell olaraq bütöv bir nəslin rəqəmsallaşmanın və sosial medianın güclü təsiri ilə böyüdüyünün fərqindəyik və onları hər hansı rəqəmsal təhlükələrdən qorumaq üçün səylə çalışırıq.
İnkişaf etməkdə olan ölkəmizin aparıcı şirkəti olaraq Azercell fərqli kriteriyalarda innovasiya prosesinin ön cərgəsində çıxış edir. Şirkət olaraq innovasiyanın inkişafına töhfə vermək üçün xüsusi komandaların, strukturların və proseslərin yaradılmasını təşviq edirik. Azercell ölkəmizdə innovativ fikirləri toplamaq, vizuallaşadırmaq və reallaşdırmaq üçün xüsusi proqram təminatları yaradan ən əsas şirkətlərdən biridir.
İnnovasiyaya ayrılan bu diqqət sayəsində Azercell-in müştəri xidmətləri, layihə idarəetməsi və İT tətbiqləri ölkənin digər şirkətləri üçün örnək bir öyrənmə mühitinə çevrilmişdir. Biz həmçinin ölkəmizdə GSM texnologiyası, Blackberry mobil poçtu, mobil ödənişlər, 4G şəbəkəsi və digər bir sıra innovasiyaları ilk dəfə təqdim edən şirkət olduğumuza görə qürur duyuruq.
Azercell Azərbaycanda məşğulluq sahəsində nümunəvi bir şirkətdir. 12000-dən çox şəxs Azercell şirkəti ilə birbaşa və ya əlaqəli sahələrdə əməkdaşlıq edir.
Bizim dəyərlərimizin əsasında səmərəli işgüzar münasibətlər və əməkdaşlara qayğı dayanır. Azercell-in işəgötürmə prosesi hər növ ayrı-seçkiliyi istisna edir və bərabər imkanlar, fərqliliyin təşviqi, gender bərabərliyi və s. prinsiplərə söykənir. Bu prinsiplər əməkdaşlarımızın karyera inkişafına da töhfə verir. Bizim komandamızın bütün üzvləri birlikdə dinamik bir iş mühitində çalışmaqla öz potensial bacarıqlarını realizasiya etmək imkanı qazanırlar.
Şirkətimiz ilk dəfə 2004-cü ildə, bütün tələblərə cavab verərək Beynəlxalq “İnvestors in People” Standartının sertifikatını, daha sonra 2011 və 2014-cü illərdə Gümüş, 2018-ci ildə isə Qızıl sertifikatını aldı. Qızıl Sertifikatı almaqla Azercell beynəlxalq səviyyədə bir daha sübut etdi ki, işçilərini yüksək səviyyədə idarə edərək mühüm nəticələrə nail olur.