İKT sənayesinin bir hissəsi kimi Azercell keyfiyyəti artırmağa və xərcləri azaltmağa imkan verən xidmətlərin təmin edilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, öz müştərilərini ətraf mühitə mənfi təsirləri azaltmağa səsləyir və bununla da daha dayanaqlı cəmiyyətin qurulmasına çalışır. Azercell 2016-cı ildən ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemləri standartlarına uyğunluq üzrə sertifikatlaşdırılmışdır və dövri olaraq müvafiq yoxlamalardan keçir.
Hesab edirik ki, ətraf mühitə olan mənfi təsirləri şüurlu şəkildə azaltmaqla, mövcud resurslara qənaət etməklə və israfları azaltmaqla, eyni zamanda müştərilərimizi də bu dəyərlərə səsləməklə davamlı şəkildə təkmilləşə bilərik və bununla da həm cəmiyyətimizə önəmli töhfə vermiş olarıq.
Azercellin ətraf mühitə təsir elementlərinə radio-baza stansiyaların elektromaqnit şüalanma təsirləri, enerjidən istifadə, istixana qazlarının atmosferə emissiyası və tullantılardır.
Azercell şirkəti daxilində “yaşıl ofis” siyasətini rəhbər tuturuq. Şirkətdə istifadə olunan bütün kağızlar toplanılır və təkrar istifadə üçün təhvil verilir. 2012-ci ildə irəli sürülən bu təşəbbüs sayəsində çox sayda ağacın qorunub-saxlanılmasına töhfəmizi vermişik. Biz bu fəaliyyəti digər tullantı növlərinə də tətbiq etmək və bunu öz təchizat zəncirimiz və biznes partnyorlarımızla birlikdə həyata keçirmək istəyirik.
Azercell qlobal istiləşmə və iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarını, xüsusilə də karbon qazının (CO2) emissiyasını azaltmaqla ətraf mühitə təsirini azaltmağa çalışır. Ekstremal hava hadisələri, dəniz səviyyəsinin yüksəlməsi və dağıdıcı ekosistem dəyişiklikləri daxil olmaqla iqlim dəyişikliyinin dünyanın hər yerində ciddi ekoloji və sosial sağlamlıq problemlərinə səbəb olduğu sübut edilmişdir. Son 5 ildə Azercell bir sıra əməliyyat sahələrini bərpa olunan enerji ilə təchiz etməyə başlamışdır. Günəş enerjisi hazırda iki əsas Azercell ərazisində işləyir: Qobustan bölgəsindəki “QARPI” və Tovuz bölgəsindəki “TOVKI”. Alternativ enerji mənbəyi kimi günəş enerjisini seçmişik, çünki günəş təmiz və bərpa oluna bilən enerji yaradır və bu, ətraf mühit üçün daha əlverişlidir. Fosil yanacaqlarına alternativ olaraq bu üsuldan istifadə Azercell-in əməliyyatları nəticəsində yaranan karbon izini azaltmağa kömək etmişdir. Yaxın gələcəkdə günəş enerjisindən istifadəni əhəmiyyətli şəkildə artırmağı planlaşdırırıq.