Azercell Telekom MMC (Azercell) öz biznes əməliyyatlarını qanunvericiliyə uyğun həyata keçirmək və insan haqları, əmək münasibətləri, ətraf mühitin qorunması, ədalətli rəqabət, korrupsiya ilə mübarizəyə dair standartlar da daxil olmaqla, biznes fəaliyyətinin bütün sahələrində ümumən qəbul edilmiş etik normalara riayət etmək üzrə cavabdehlik daşıyır.
Azercell-in Biznes Etikası və Davranış Məcəlləsi (CCBE) iş yerində və işlə bağlı bütün fəaliyyətlər zamanı necə davranmağın əsas prinsip və təlimatlarını əks etdirir. Bizim CCBE şirkətdə çalışan və şirkətlə əməkdaşlıq edən hər kəs üçün nəzərdə tutulub: işçilər, İdarə Heyəti və biznes tərəfdaşları, o cümlədən şirkətin nəzarət payına malik olduğu törəmə və birgə müəssisələrimiz.
Məqsədimiz arzuolunan iş yeri olmaqdır. Biz səriştəli və həvəsli insanları peşəkar iş mühitinə cəlb etmək, onları inkişaf etdirmək və dəstəkləmək üçün səy göstəririk. Biz uşaq əməyi, köləlik və ya məcburi əməkdən heç bir formada istifadəni qəbul etmirik.
Azercell təchizatçılar və podratçıların etibarlı tərəfdaşıdır. Biz bu etibarı qoruyub saxlamaq və uzunmüddətli, qarşılıqlı maraqlara uyğun işgüzar əlaqələrin qurulmasını hədəfləyirik.
Azercell mövcud və potensial müştərilərimizin etibarlı və birinci seçimi olmağa səy göstərir. Əsas məqsədimiz münasib qiymətə təhlükəsiz, yüksək keyfiyyətli rəqəmsal xidmətlər təklif etmək və onları yanlış və ya aldadıcı yollardan istifadə etmədən təqdim etməkdir.
Davranış və Biznes Etikası Məcəlləsi
Azercell bütün əməkdaşlarını və səhmdarlarını şirkətin fəaliyyətinə xələl gətirəcək hansısa qanun pozuntusu və ya etik davranış qaydalarını pozma halları müşahidə etdikləri halda çəkinmədən bu barədə məlumat verməyə və “Bizə danış” kanalı vasitəsilə müvafiq pozuntu halını bildirməyə təşviq edir. Bu cür arzuolunmaz hallar barədə məlumat verməklə siz müvafiq problemlər barədə tədbir görməyimizə və etibarlı bir biznes tərəfdarı və uğurlu xidmət provayderi kimi fəaliyyətimizi davam etdirməyimizə yardım etmiş olursunuz.
Azercell mövcud və potensial problemlər barədə bizi məlumatlandırmaq təşəbbüslərinizi yüksək qiymətləndirir.
“Fikrini bölüş” kanalı vasitəsilə qeyd edilən bütün məlumatlar ciddi konfidensiallıq qaydaları ilə qorunur və bu işi görmək üçün təhkim edilmiş xüsusi əməkdaşlar vasitəsilə konfidensial şəkildə araşdırılır.
Xəbərdarlıq sisteminə hansısa pozuntu halları ilə bağlı məlumat verən hər hansı bir şəxsə qarşı təhdid və ya qisasçılıq əməllərinin qəti əleyhinəyik və bunun üçün müvafiq tədbirlər görürük.
“Fikrini bölüş” kanalına müraciət et:
Elektron poçt: speak-up@azercell.com
Əlaqə nömrəsi: + 994 50 2310696
Azercell öz fəaliyyətində etibarlılıq, inteqrasiya və məsuliyyətlilik prinsiplərini və bunlarla bağlı müvafiq qanunvericilik aktlarını rəhbər tutur. Şirkət olaraq bütün təchizatçı və müqavilə tərəflərindən ümumi qəbul edilmiş insan hüquqları, iş mühiti, dayanıqlı ətraf mühit və anti-korrupsiya ilə bağlı standartlara bizimlə eyni həssaslığı göstərmələrini və onları dəstəkləmələrini gözləyirik. Biz həmçinin öz biznes partnyorlarımızdan Azercell ilə əməkdaşlıq edən 3-cü şəxslərə aid Davranış Məcəlləsinə riayət etmələrini gözləyirik. Azercell olaraq bu faktoru münasibətlərin qurulması və inkişaf etdirilməsində həlledici amil hesab edirik. Azercell bütün müqavilə tərəflərinin müvafiq standartlara əməl etməsini yoxlamaq üçün mütəmadi olaraq monitorinqlər və auditlər təşkil edə bilər.
Azercell ilə əməkdaşlıq edən 3-cü şəxslərə aid Davranış Məcəlləsi
Azercell öz fəaliyyətini inteqrasiya əsasında qurur və bu zaman istənilən korrupsiya halının qəti əleyhinə çıxış edir. Korrupsiya və rüşvətxorluq risklərinin azaldılması üçün biz:
Azercell-in əməkdaşları və səhmdarlarının birbaşa və ya dolayı yolla, həmçinin, üçüncü şəxslər vasitəsilə rüşvət təklif etmə, təqdim etmə, tələb etmə, buna şərait yaratma və ya rüşvət alması qadağandır.
Azercell əməkdaşları öz fəaliyyətləri zamanı istənilən potensial və ya mövcud olan maraqların toqquşması hallarının qarşısının alınmasına çalışmalı və bu kimi hallar baş verdiyi təqdirdə rəhbərliyi dərhal məlumatlandırmalıdır.