get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Telefon vasitəsilə Müştəri Xidmətləri

Telefon vasitəsilə Müştəri Xidmətləri

Təlim haqqında:

Bu proqram Çağrı Mərkəzinin nümayəndələri və müştərilərlə əsasən telefonla əlaqə quran əməkdaşlar üçün hazırlanmışdır. Təlim proqramı müştəri xidmətlərinin vacib bir hissəsi olmaqla iştirakçıları istənilən sahədə fəaliyyət göstərən müəssisələr üçün praktik tətbiqetmə qabiliyyəti olan bir sıra təməl bilik və bacarıqlarla təmin edir.

Proqram:

  • Çağrı Mərkəzi vasitəsilə əlaqə və xidməti keyfiyyət
  • İdeal xidmət nədir və necə ideal xidmət göstərməli
  • Qeyri-verbal bacarıqlar və səs-nəfəs məşqləri
  • Müştərilərlə ünsiyyət bacarıqları və müştərilərlə əlaqə qurulmasının alqoritmləri
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.