get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Müştəriyönümlü Xidmət Mədəniyyəti

Müştəriyönümlü Xidmət Mədəniyyəti

Təlim haqqında:

Yüksək səviyyəli iştirak tələb edən kurs yalnız xarici deyil, həm də daxili müştərilərlə (digər bölmələr, şöbələr, işçilər və həmkarlar) müntəzəm müştəri əlaqəsi olan və mükəmməl müştəri xidməti göstərmək bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Proqramın strukturu:

  • Təməl müştəri məmnuniyyəti bacarıqları
  • Müştəri Məmnuniyyəti sahəsində Mükəmməlliyə çatmaq
  • Daxili və xarici müştəri məmnuniyyəti
  • Uğurlu xidmət göstərmək üçün təməl davranışlar
  • Şüurlu fəaliyyətin əsasları
  • Tənqid və şikayətlərə pozitiv reaksiya
  • Özünəinamın inkişaf etdirilməsi
  • Effektiv əlaqələrin təmin edilməsi üçün faktorlar
Azercell Akademiyası haqqında

Azercell Akademiyası 2003-cü ildə təsis edildiyi vaxtdan etibarən böyük yol qət edib

Azercell Akademiyasının ilk proqramları yalnız “Azercell”in əməkdaşları üçün nəzərdə tutularaq işlənib hazırlanmışdır. Lakin onların böyük uğuru Azərbaycanın korporativ pərakəndə satış, sığorta, bank işi, dövlət xidmətləri və digər sektorlarında oxşar təlimlərə tələb yaratdı. Bu çağırışı hərtərəfli tədris planı və genişləndirilmiş imkanlarla cavablandırdıq.