get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 07.08.2024

Azercell abunəçilərinin nəzərinə:

“Azercell Telekom” MMC təqdim etdiyi akart xidməti ilə əlaqədar bütün mülkiyyət və müəllif hüquqlarını, o cümlədən müştərilərə aid hesablar, həmin hesablar üzrə tarixçə, müştəri balansları, xidmət haqqı ödənişləri, keşbek qaytarılması, hesablar üzrə bütün digər məlumat və həyata keçirilən əməliyyatlar, həmçinin hazıradək və gələcəkdə həmin xidmət üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını 05.09.2024-cü il tarixindən etibarən “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürür. “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin törəmə müəssisəsi olan “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 16.05.2024-cü il tarixli EPT-001 saylı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra etmək, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququna malikdir. Göstərilən tarixədək “Azercell Telekom” MMC-yə müraciət edib akart xidmətindən imtina etməyən müştərilər “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən eyni əlverişli şərtlər ilə təqdim edilən akart xidmətindən yararlanmağa davam edə biləcəklər.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.