“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 13 May 2024-cü il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
Bu dəyişiklər müqabilində abunəçilərə, müvafiq tarif paketlər çərçivəsində təqdim edilən həcmdən əlavə həyata keçirilən şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Eyni zamanda müvafiq tarif paketlər çərçivəsində təqdim edilən internetdən istifadə imkanı ilə bağlı həcm bitdikdən əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə sonrakı internet istifadəsinə görə tarif, həmçinin Paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda internet xidmətindən istifadəyə görə nəzərdə tutulmuş xidmət haqqı məbləğinə abunəçilər üçün daha əlverişli şərtlər (hər 1 MB internet istifadəsinə görə nəzərdə tutulmuş xidmət haqqı məbləğinin 0,10 AZN-dən 0,05 AZN-ə endirilməklə) tətbiq ediləcək.
Fakturasız (SimSim) xətt sistemində: qeyd olunan tarixdən etibarən, növbəti yenilənmə dövrünədək digər tarif paketlərinə keçid etməyən fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcıllıq ilə daha əlverişli tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.
Fakturalı xətt sistemində: qeyd olunan tarix daxil olduğu cari faktura dövrü bitdikdən sonrakı növbəti faktura (müvafiq olaraq hər ayın 5 və ya 25) dövrünədək digər tarif paketlərinə keçid etməyən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcıllıq ilə daha əlverişli tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.
Ləğv olunan tarif paketlərinin adı | Avtomatik qaydada əvəz ediləcək tarif paketlərinin adı |
---|
Sərbəst 6 | SuperSən 1GB |
Sərbəst 10 | SuperSən 3GB |
Sərbəst 15 | SuperSən 6GB |
Sərbəst 25 | SuperSən 20GB |
Sərbəst 50 | Premium 50GB* |
Sərbəst 75 | Premium 75GB* |
Qeyd:*"Premium 50 GB" və "Premium 75 GB" tarif paketləri barədə “Azercell Telekom” MMC-nin rəsmi internet saytında abunəçilərə dəyişiklik ediləcək tarixdən əvvəl məlumatlar təqdim ediləcək.
“SuperSən 1GB” tarif paketi | “SuperSən 3GB” tarif paketi | “SuperSən 6GB” tarif paketi | “SuperSən 20GB” tarif paketi | |
---|---|---|---|---|
Aylıq ödəniş | 6 ₼ | 10 ₼ | 15 ₼ | 29 ₼ |
İnternet həcmi | 1GB | 3GB | 6GB | 20GB |
Ölkədaxili dəqiqə | 100 dəq. | 300 dəq. | 400 dəq. | 600 dəq. |
Pulsuz yazışma | 1GB (WhatsApp, Facebook Messenger) | 1GB (WhatsApp, Facebook Messenger) | 1GB (WhatsApp, Facebook Messenger) | 1GB (WhatsApp, Facebook Messenger) |
Qeyd: *Hesablama intervalı: zəng üçün – 1 dəqiqə, İnternet üçün – 51 KB. Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətli, o cümlədən xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.
Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.