Təqdim edilən xidmətlərin keyfiyyətini daha da yüksəltmək və müştərilərə təklif olunan tarifləri optimallaşdırmaq məqsədilə 04.03.2023-cü il tarixindən etibarən “Azercell Telekom” MMC-nin Fakturalı xətt sisteminin abunəçiləri üçün nəzərdə tutulan “SOCAR”, “Biznes 200”, “Hər yerə” və “Elite” tarif paketləri ləğv ediləcək!
Göstərilən tarixdən növbəti faktura (müvafiq olaraq hər ayın 5-i və ya 25-i) dövrünədək digər tarif paketlərinə keçid etməyən abunəçilərin nömrələrində mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıdakı cədvəldə qeyd edilən daha əlverişli tariflər ilə əvəz olunacaq:
Ləğv olunan paketlərin, kampaniya və xidmətlərin adları | Avtomatik qaydada əvəz ediləcək tarif paketlərinin adları |
---|
“Socar” | “Dövlətcell” |
“Biznes 200” | “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” Sərbəst 75” |
“Hər yerə” | “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50”, “Sərbəst 75”, “Standart” |
“Elite” | “Standart” |
“Biznes 200” tarif paketi üzrə dəyişikliklər abunəçilərin lüzumsuz əlavə xərclərlə qarşılaşmamaları məqsədilə aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla tətbiq ediləcək! Belə ki, “Biznes 200” tarif paketi üzrə aylıq abunə haqqı daxil olmaqla abunəçilərin danışıq (tarifdaxili zəng və bonuslar istisna olmaqla) və internetdən (Mobil İnternet Paketləri və internetdən paketsiz istifadələr daxil olmaqla) istifadə həcminə görə son 3 faktura dövrünün (oktyabr, noyabr və dekabr ayları üzrə) orta göstəriciləri nəzərə alınıb aşağıdakı qaydada dəyişiklik ediləcək:
Danışıq və internetdən istifadə üçün sərf edilən məbləğ | Avtomatik qaydada əvəz ediləcək tarif paketlərinin adları |
---|
19.99 AZN-dək | Sərbəst 15 |
20 AZN-dən 37.49 AZN-dək | Sərbəst 25 |
37.50 AZN-dən 62.49 AZN-dək | Sərbəst 50 |
62.50 AZN-dən yuxarı | Sərbəst 75 |
“Hər yerə” tarif paketi üzrə dəyişikliklər abunəçilərin lüzumsuz əlavə xərclərlə qarşılaşmamaları məqsədilə aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla tətbiq ediləcək!
Belə ki, “Hər yerə” tarif paketi üzrə aylıq abunə haqqı daxil olmaqla abunəçilərin danışıq (tarifdaxili zəng və bonuslar istisna olmaqla) və internetdən (Mobil İnternet Paketləri və internetdən paketsiz istifadələr daxil olmaqla) istifadə həcminə görə son 3 faktura dövrünün (oktyabr, noyabr və dekabr ayları üzrə) orta göstəriciləri nəzərə alınıb aşağıdakı qaydada dəyişiklik ediləcək:
Danışıq və internetdən istifadə üçün sərf edilən məbləğ | Avtomatik qaydada əvəz ediləcək Tarif Paketlərinin adı |
---|
7.49 AZN-dək | Standart |
7.50 AZN-dən 14.99 AZN-dək | Sərbəst 15 |
15 AZN-dən 19.99 AZN-dək | Sərbəst 15 |
20 AZN-dən 37.49 AZN-dək | Sərbəst 25 |
37.50 AZN-dən 62.49 AZN-dək | Sərbəst 50 |
62.50 AZN-dən yuxarı | Sərbəst 75 |
Qeyd: Abunəçilər edilən dəyişikliklər, müvafiq tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmək və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com) və ya Müştəri Xidmətlərinə (MX ofisləri, 7/24 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Aylıq abunə haqqı | 3 AZN (ƏDV daxil) |
Bonus | Şəbəkədaxili 50 dəqiqə |
Şəbəkədaxili zənglər (1 dəqiqə) | 0.06 AZN (ƏDV daxil) |
Ölkədaxili zənglər (1 dəqiqə) | 0.06 AZN (ƏDV daxil) |
SMS (tarifdaxili) | 0.03 AZN (ƏDV daxil) |
SMS (tarifxarici) | 0.06 AZN (ƏDV daxil) |
Mobil internet paketi aktiv olmadığı halda, hər 1MB üçün | 0.40 AZN (ƏDV daxil) |
*Hesablama intervalı tarifdaxili zəng üçün 60 saniyə, internet üçün 51KB təşkil edir. Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətlərə, o cümlədən, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.
Aylıq abunə haqqı | 3 AZN (ƏDV daxil) |
Bonus | Şəbəkədaxili 50 dəqiqə |
Tarifdaxili zənglər (1 dəqiqə) | 0.02 AZN (ƏDV daxil) |
Ölkəboyu şəbəkədaxili zənglər (1 dəqiqə) | 0.06 AZN (ƏDV daxil) |
Ölkəboyu şəbəkəxarici zənglər (1 dəqiqə) | 0.09 AZN (ƏDV daxil) |
SMS | 0.05 AZN (ƏDV daxil) |
Mobil internet paketi aktiv olmadığı halda, hər 1 MB üçün | 0.40 AZN (ƏDV daxil) |
*Hesablama intervalı tarifdaxili zəng üçün 60 saniyə, internet üçün 51KB təşkil edir.
Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətlərə, o cümlədən, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.
Aylıq abunə haqqı |
Bonus |
Bonus |
Bonus |
Bonus |
Ölkədaxili zənglər (1 dəqiqə) |
Mobil internet paketi aktiv olmadığı halda, hər 1MB üçün |
SMS (tarifxarici) |
“Sərbəst 15” | |||
---|---|---|---|
“Sərbəst 25” | |||
“Sərbəst 50” | |||
“Sərbəst 75” | |||
15 AZN (ƏDV daxil) | 25 AZN (ƏDV daxil) | 50 AZN (ƏDV daxil) | 75 AZN (ƏDV daxil) |
Ölkədaxili 500 dəqiqə | Ölkədaxili 850 dəqiqə | Ölkədaxili 2500 dəqiqə | Ölkədaxili 4000 dəqiqə |
5GB (ölkədaxili) | 15GB (ölkədaxili) | 25GB (ölkədaxili) | 60GB (ölkədaxili) |
- | - | 1GB (rouminq) | 1GB (rouminq) |
Sosial şəbəkələrdə yazışma üçün 1GB (“WhatsApp”, “Messenger”) | Sosial şəbəkələrdə yazışma üçün 1GB (“WhatsApp”, “Messenger”) | Sosial şəbəkələrdə yazışma üçün 1GB (“WhatsApp”, “Messenger”) | Sosial şəbəkələrdə yazışma üçün 1GB (“WhatsApp”, “Messenger”) |
0.06 AZN (ƏDV daxil) | 0.06 AZN (ƏDV daxil) | 0.06 AZN (ƏDV daxil) | 0.06 AZN (ƏDV daxil) |
0.05 AZN (ƏDV daxil) | 0.05 AZN (ƏDV daxil) | 0.05 AZN (ƏDV daxil) | 0.05 AZN (ƏDV daxil) |
0.05 AZN (ƏDV daxil) | 0.05 AZN (ƏDV daxil) | 0.05 AZN (ƏDV daxil) | 0.05 AZN (ƏDV daxil) |
Hesablama intervalı tarifdaxili zəng üçün 60 saniyə, internet üçün 51KB təşkil edir.
Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətlərə, o cümlədən, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.