Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə Yer üzündə 5 milyarda yaxın insan diş problemlərindən əziyyət çəkir. Azərbaycanda isə böyük hissəsi uşaqlar olmaqla əhalinin 80 faizə yaxını diş ağrıları ilə üzləşir. Özəlliklə uşaq evlərində məskunlaşan ata-ana qayğısından uzaq, kimsəsiz uşaqların bu baxımdan çətinliklər yaşayır. Aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlərin olduğunu ortaya çıxarıb. Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinetin olmadığını nəzərə alan “Azercell Telekom“ MMC 2009-cu il dekabrın 15-də fəaliyyətinin 13 illiyində daima dəyər verdiyi uşaqlara hədiyyə olaraq ən müasir tibbi avadanlıqla təchiz olunmuş “Mobil Diş Klinikası”nı təqdim edib. “Mobil Diş Klinikası” məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib
Fəaliyyəti boyu minlərlə uşağa sağlam gülüş hədiyyə edən klinikanın həkimləri bu ilin ilk 6 ayı ərzində öz ənənəsinə sadiq qalaraq, 400-dən artıq uşağın müayinə və müalicəsini həyata keçirib. Yanvar və fevral aylarında həkimlər Əhmədli qəs., 3 saylı uşaq evində 100-ə yaxın uşağa diş problemlərin həllində yardımçı olublar. Mart ayında Pirşağı qəsəbəsində yerləşən Xocalı rayon 2 saylı orta məktəbdə təhsil alan 47, apreldə Lökbatan qəsəbəsi uşaq sanatoriyasında müalicə alan 76, mayda Nərimanov rayonu, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində yaşayan 98, iyun ayında isə Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinin 125 uşağı bu pulsuz müayinədən yararlanıb.
Qeyd edək ki, fəaliyyət göstərdiyi 9 il ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikası”nın həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.