get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell “İlin ən nümunəvi şirkəti” adını qazandı

calendar 30.11.2013

Ölkənin lider mobil operator şirkəti Azercell Telekom Azərbaycanda telekommunikasiya şirkətləri arasında ən nümunəvisi seçilib. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin keçirdiyi monitorinq nəticəsində elan edilib.

Nazirliyin Dövlət Radiotezliklər İdarəsi elan edib ki, Azercell Telekom radiotezliklərdən istifadəyə görə bağlanmış müqavilənin tələblərinə uyğun fəaliyyət göstərir. Həmçinin, şirkət müqavilə əsasında tələb olunan ödənişləri vaxtında və tam yerinə yetirir. Bu göstəricilər üzrə 2014-cü ilin nəticələrinə görə Azercell Dövlət Radiotezliklər İdarəsi tərəfindən “İlin ən nümunəvi şirkəti” seçilib.  

İdarənin rəhbəri Əflatun Məmmədov bu münasibətlə Azercell şirkətini və əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətində daha böyük uğurlar qazanmağı arzulayıb.

Qeyd edək ki, fəaliyyəti ilə nümunə seçilən Azercell şirkəti indiyədək bir çox sahələrdə mükafatlar əldə edib. Azercell ölkəmizdə telekommunikasiya sahəsinin inkişafı naminə həyata keçirdiyi təşəbbüslərinə görə “İlin Şirkəti” Milli Biznes Mükafatına layiq görülüb. Şirkət müxtəlif dövrlərdə "İlin GSM operatoru" və "İlin xeyriyyəçisi" mükafatlarını da alıb.

Bütün dünyada ölkəmizi yüksək səviyyədə təmsil edən Azərbaycanın lider mobil operatoru həm də beynəlxalq standartlar üzrə liderdir. Şirkət indiyə kimi dəfələrlə nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatına (Stevie International Business Awards) layiq görülüb. Şirkət telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklər, həyata keçirdiyi innovativ layihələr, sosial məsuliyyətli davranışı, yüksək səviyyəli müştəri xidmətləri və s. kimi nailiyyətlərinə görə bu mükafatı alıb.

Hazırda “Azercell Telekom” MMC 4,6 milyondan artıq abunəçisi və 51% bazar payı olmaqla Azərbaycanda mobil rabitə xidməti göstərən ən böyük operatordur. Şirkət ölkə əhalisinin 99,8%-ni əhatə edərək, onları yüksək keyfiyyətli mobil rabitə ilə təmin edir. Eyni zamanda, Azercell ölkəyə ən son telekom texnologiyalarının gətirilməsində və tətbiqində də aparıcı rol oynayır.

Azercell “İlin ən nümunəvi şirkəti” olmaqdan böyük məmnunluq duyur, gələcəkdə də bu ada layiq olmaq üçün işini davam etdirəcəyini, nümunəvi təşkilat kimi Azərbaycanda yüksək keyfiyyətli xidmət göstərmək missiyasını həyata keçirəcəyini qürurla bəyan edir.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. Hal-hazırda Azercell abunəçilərinin sayı 4,6 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.