Azercell-in Barama İnnovasiya Mərkəzi və ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində beynəlxalq münsiflər heyəti tərəfindən seçilən 6 startup-çı ABŞ-in San Fransisko, Boston və Vaşınqton şəhərlərinə səfər ediblər. 2 beynəlxalq konfransda iştirak edən startup-çılar Microsoft, Dell, Ericsson bir sıra digər şirkət nümayəndələri ilə görüşüblər. Eyni zamanda proqram çərçivəsində gənclər San Fransiskoda yerləşən Google şirkətinin baş ofisini ziyarət ediblər. San Fransiskodan sonra Bostona yollanan gənclərimiz daha bir texnoloji konfransda iştirak edərək öz layihələrini təqdim ediblər. Layihələr dünyanın dörd bir tərəfindən gəlmiş Azərbaycanda əsası qoyulan bu investorlar və vençur fondları tərəfindən böyük maraqla qarşılanıb.
Səfərin son günündə isə startup-çılar Vaşınqton şəhərində bir sıra təlimlərdə iştirak ediblər.
Beləliklə, Azercell-in dəstəyi ilə ABŞ-da keçirilən proqramda iştirak edən startup-çıların əldə etdikləri bilikləri Azərbaycanda tətbiq etmə imkanları olacaq.
Məlumat üçün bildirək ki, bu ilin dekabrında baş tutacaq yekun mərhələdə seçilmiş komandalar artıq öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcək. Qaliblərə 1 ədəd 10 min ABŞ dolları, 1 ədəd 7 500 ABŞ dolları və 1 ədəd 5 min ABŞ dolları dəyərində qrant təqdim olunması nəzərdə tutulur.
Xatırladaq ki, gənc sahibkarlar üçün həyata keçirilən proqramın qalibləri “Tuning Fork” layihəsi ilə Dilarə Rüstəmzadə, “NeWo” layihəsi ilə Rəhman Məmmədli, “Smart Safe House” layihəsi ilə Anar Rüstəmov, “Solar Panels” layihəsi ilə Mətanət Mehrabova, “Azikus” layihəsi ilə Azər Əliyev və “SocSet” layihəsi ilə Amid Quliyev olmuşlar.
Azercell Telekom gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3000-dən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak etmişdir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu.