Azercell “Kitab Klubu” layihəsi çərçivəsində Azərbaycanın ədəbi irsinin təşviqinə töhfə verməyə davam edir. Şirkət növbəti “Kitab Klubu”nda oxucularla məşhur simaları bir araya gətirdi. Ədəbiyyat axşamının qonaqları yazıçı Ceyhun Hidayətli, qiraətçi Xəzər Süleymanlı və ssenarist Azər Aydəmir oldular.
Tədbiri giriş sözü ilə açan Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirakçılara layihə haqqında məlumat verdi: “Klubumuz cəmiyyətdə, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına xidmət edir. Azercell illərdir ki, mədəni irsimizin qorunub saxlanmasına yönəlik çoxsaylı təşəbbüslər həyata keçirir. 2017-ci ildən etibarən Azercell “Audiokitab” layihəsi çərçivəsində doğma dilimizdə rəqəmsal məzmunun zənginləşdirilməsinə töhfə verməklə yanaşı, ədəbi irsimizin dünyanın müxtəlif dillərində də yayımlanmasına və tanınmasına dəstək olur”.
Yüksək əhvali-ruhiyyə ilə keçən görüşdə Xəzər Süleymanlı tədbir iştirakçılarını Vaqif Səmədoğlunun yaradıcılığı ilə tanış etdi, onun sevilən şeirlərini səsləndirdi. Daha sonra qonaqlar müasir Azərbaycan ədəbiyyatı, son zamanlar geniş auditoriyanın diqqətini çəkmiş “Əqrəb” romanı və əsər əsasında ərsəyə gələn “Əqrəb mövsümü” serialı haqqında danışdılar.
Tədbirdə tanınmış simalarla yanaşı, Azercell-in “Kitab Klubu”nun üzvləri də iştirak edərək Cəfər Cabbarlının “Bookmate” və “Litres” platformalarında yerləşdirilmiş “Sevil” və “Almaz” pyeslərindən parçalar səsləndirdilər.
Azercell Telekom MMC-in fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün:
Azercell - Sənə yaxın gələcək | Azərbaycanın lider mobil rabitə operatoru