get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in korporativ abunəçilərinin nəzərinə!

calendar 10.08.2021

09 sentyabr 2021-ci il tarixindən etibarən korporativ müştəri seqmentində (o cümlədən hüquqi şəxslər və hüquqi şəxslərə bərabər tutulan qurumlar üçün) fakturalı xətt sisteminə aid nömrələrin “Azercell Partners”, “Azeronline Tariff Model”, “Bələdiyyə”, “Korporativ Klassik”, “Korporativ Platinum”, “Korporativ Platinum Extra”, “Korporativ Premium”, “Dealer TP”, “Dövlət Korporativ”, “Dövlətcell”, “Korporativ 5000”, “Region 2”, “Sizin tarif 3”, “Sizin tarif 3.5” paketlərinə, həmçinin “Business10”, “Business55”, “Optimist danışıq”, “Optimist internet”, “Optimist şəbəkə”, “Minimalist”, “Praqmatist”, “Maksimalist”, “İdealist” tarif paketlərinə qoşulma prosesi dayandırılacaq.

Qeyd olunan tarixə kimi müvafiq tarif paketlərinə qoşulan abunəçilərə cari abunə ləğv edilənədək standart qaydalara əsasən həmin paketlərdən ümumi əsaslarla istifadəyə davam etmək imkanı təqdim edilir.

Qeyd: Abunəçilər tətbiq edilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz edilməsi və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, 24/7 Çağrı mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.