Azərbaycanın mobil texnologiyalar bazarının lideri – “Azercell Telekom” MMC artıq ikinci dəfədir ki, onlayn müştəri xidtmətləri sahəsində rekord göstəricilərə nail olaraq, “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.
Sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ən birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 344,000 nəfərdən çoxdur və bu rəqəm gündən-günə artmaqdadır. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Bu il isə, bütün göstəricilər üzrə liderliyi qoruyaraq, şirkət təkrarən bü mükafatla təltif olundu. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. 2013-cü ildə Azercell-in bu göstəricisi 95,3% bərabər olmuşdur və şirkət ən qısa zamanda bu rəqəmi 100% çatdırmağı planlaşdırır. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanmışdır.
Qeyd etmək istəyirik ki, Azercell sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operator olmuşdur. Rəsmi səhifəni yaratmaqda məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, yeniliklər haqqında onlara operativ məlumatın çatdırılması idi. Eyni zamanda, bu səhifələrin köməyi ilə şirkət abunəçilərin istək və müraciətlərini daha dərindən başa düşüb, onların çevik cavablandırılmasına nail olmuşdur. Bundan əlavə, Azercell hal-hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur. Məhz bu yanaşma nəticəsində, Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdən istifadə edərək verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
Məhz Azercell şirkəti sosial şəbəkə istifadəçiləri üçün müxtəlif müsabiqələr təşkil edən, yalnız abunəçilər deyil, bütün iştirakçılara dəyərli hədiyyələr qazanmaq imkanı yaradan ilk mobil operator olmuşdur.
Bu fəaliyyətin təbii nəticəsi olaraq, 2012-ci ildə Azercell-in Facebook səhifəsi Azərbaycan İnternet Forumu (AİF) tərəfindən Azərbaycan dilli internet resursları arasında keçirdiyi “MilliNet” Mükafatı müsabiqəsində “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyasının qalibi olmuşdur.
Twitter şəbəkəsində Azərbaycan dilindəki məzmunu monitorinq edən Aztwi.com internet səhifəsinin verdiyi statistik məlumata görə, Azercell-in bu sosial şəbəkədəki səhifəsi yalnız mobil operatorlar arasında deyil, eyni zamanda, ölkədə təmsil olunan bütün brendlər arasında ən çox istifadəçisi olan səhifədir.
Bununla bərabər, Azercell Azərbaycanda çalışan bütün şirkətlər arasında öz Twitter səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olmuşdur. Qeyd edək ki, bu statusu Twitter şirkəti məşhur təşkilatlara, brendlərə və tanınmış şəxslərə yalnız özü verir.
Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell həmçinin, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiya və həllərə çıxış imkanı yaratmağa çalışır. Bü gün Azercell həm texniki, həm də müştəri xidmətləri baxımından öz abunə bazasını ciddi şəkildə artırmağa hazırdır və 4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək keyfiyyətli rabitənin üstünlüklərindən zövq almaq istəyənləri şirkətin abunəçisi olmağa dəvət edir!
Azercell şirkətinin sosial şəbəkələrdəki fəaliyyəti ilə maraqlananlar aşağıdakı linklərdən istifadə edə bilərlər:
Azercell-in Facebook-da rəsmi səhifəsi: www.facebook.com/Azercell
Azercell-in Twitter-də rəsmi səhifəsi: www.twitter.com/Azercell
Azercell-in rəsmi İnstaqram səhifəsi: http://instagram.com/Azercell
Azercell-in Google+ rəsmi səhifəsi: http://google.com/+azercell
Azercell-in rəsmi YouTube kanalı: http://www.youtube.com/AzercellAds
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.