get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Dünyanın ən məşhur Oracle mütəxəssisləri Azərbaycanda

calendar 16.05.2016

Mayın 14-də ölkəmizdə ilk dəfə olaraq möhtəşəm Oracle konfransı baş tutub. Nüfuzlu Oracle USA şirkəti tərəfindən təşkil edilən və Azercell tərəfindən dəstəklənən bu təşəbbüs OTN (Oracle Technology Network) EMEA turu tərkibində görüş formatında keçirilib.

Azercell-in sponsorluğu ilə EMEA turu çərçivəsində dünyanın ən məşhur 4 Oracle mütəxəssisi  öncə Almaniyada, daha sonra İtaliya və Azərbaycanda İT həvəskarları ilə görüşüblər. Onlar Bakıda öz təcrübələrini paylaşaraq, tədbir iştirakçılarını ən son texnoloji yeniliklərlə tanış ediblər. OTN görüşü çərçivəsində Böyük Məlumat bazalarının yenilənməsi, məlumatın sorğulanmasında gecikmələrin aradan qaldırılması və verilənlər bazasından istifadə zamanı istifadə edilən proqram təminatları barədə mühazirələr səslənib.

Görüş zamanı ümumilikdə 7 çıxış baş tutub. Yekun sessiyada 1 saatlıq panel diskussiyası təşkil olunub və burada iştirakçıların suallarına vaxt ayrılıb. Maraqlı sual verən iştirakçılara xüsusi hədiyyələr təqdim olunub və  püşkatma nəticəsində iştirakçılardan 2 nəfəri hədiyyə olaraq “Oracle” kursu əldə edib.

Konfransda dünyanın ən məşhur Oracle mütəxəssisləri olan Christian Antognini, Mike Dietrich, Joel Perez və Bjoern Rost kimi İKT ulduzları çıxış edib.

Qeyd edək ki, bu maraqlı tədbirə giriş pulsuz olub və konfransa 160 nəfərdən çox iştirakçı qatılıb.

Azərbaycanda İKT-nin inkişafına dəstək verən öncül şirkət kimi məhz Azercell Telekom MMC-nin bu təşəbbüsü dəstəkləyəcəyi şübhəsiz idi. Belə ki Azercell Azərbaycanlı gənclərin İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan hər bir tədbirə yardımçı olur. Şirkət universitetlərin istedadlı tələbələri, SABAH qruplarının üzvləri üçün mütəmadi olaraq maraqlı görüşlər təşkil edir. Azercell Azərbaycanda TEDx toplantısının keçirilməsinə, Azərbaycan Qadınlarının İKT Klubunun layihələrinin reallaşmasına, bacarıqlı gənclərin biznes dialoqu platformasına çıxmasına kömək edib. Azercell-in dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiyalar Mərkəzində indəyədək onlarla gənc öz layihəsini dünya bazarına çıxarmağa, şəxsi şirkət qurmağa nail olub. Ümid edirik ki, Oracle konfransı da bu sahəyə maraq göstərən, karyera qurmaq istəyən gənclərin seçim etməsinə yardımçı olacaq.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.