18-19 fevral tarixlərində Azercell Akademiyası və ADA Universiteti İxtisasartırma Proqramları Departamentinin birgə təşkil etdiyi "Müştəri Xədmətlərinin İdarə Edilməsi" təlimində iştirak etmək üçün müraciət formasını doldura bilərsiniz.
Bu proqram Müştəri Xidmətlərinin səmərəli şəkildə idarə edilməsi üçün müxtəlif strateji məqamlara fokuslanır. 4 moduldan ibarət olan proqram özündə Müştəri Xidmətlərinin İdarə edilməsi üçün zəruri olan bölümləri birləşdirir: MXİE-nin konsepsiyası; işə qəbul, seçim prosesi və tədris; iş proseslərinin inkişafı və ölçülməsi; MX-da infrastruktur və texnologiya. Proqramın əsas məqsədi Müştəri Xidmətlərinin İdarə Edilməsinin “böyük rəsmini ” göstərməkdir.
Tədrisin qiyməti: 595 AZN
Tarix və vaxt: 18-19 Fevral, 09:30-17:00
Müraciət üçün son tarix: 12 Fevral 2016
Məkan: ADA Universiteti
Tədrisçilər:
Firəngiz Yusifova, Tədris və Məlumatların İdarə Edilməsi Mərkəzinin rəhbəri, Azercell
Leyla Cəfərli, Tədris və Məlumatların İdarə Edilməsi Mərkəzinin mütəxəssisi, Azercell
Ətraflı məlumat: Azercell Akademiyasının səhifəsində.