get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

“SABAH” tələbələri Azercell-də

calendar 02.12.2016

Azercell Telekom MMC Təhsil Nazirliyinin həyata keçirdiyi “SABAH” layihəsinə dəstək verməkdə davam edir. Belə ki, dekabrın 2-də şirkət “SABAH” qrupunun 30 tələbəsi üçün info-tur təşkil edib. İnfo-tur zamanı şirkətin İnsan Resursları Departamentinin rəhbəri Ziba Musatafayeva, Azercell Şirkətinin Biznes Təhlili Şöbəsinin rəhbəri Azad Hüseynov, Azercell-in İnsan Qaynaqları departementinin Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin rəhbəri Aytən Fərzəliyeva və Azercell-in Texnologiyalar departamentinin ekspert-mühəndisi Asif İbrahimov və digərləri tələbələrə "GSM texnologiyası ilə tanışlıq", "Məhsulların idarə olunması" və "Öz Brendini Yarat" mövzusunda qısa sessiyalar keçiblər.

 Məlumat üçün bildirək ki, Azercell indiyə qədər “SABAH” tələbələri üçün bir sıra maraqlı tədbirlər həyata keçirib. Belə ki, şirkət “SABAH” tələbələri üçün yay təcrübə proqramı təqdim edib. Bu layihədə yer alan 4 nəfər tələbə təcrübə proqramına cəlb edilərək,  şirkətin Maliyyə, Texnologiyalar, Marketinq və Strateji partnyorluq və müştəri kanalları departamentlərində təcrübə keçmək imkanı əldə edib. Bundan əlavə, “Azercell” “SABAH”  layihəsi tələbələri üçün müxtəlif təqdimatlar, görüşlər keçirib. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “SABAH” layihəsi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Bu layihə tələbələrə bir sıra üstünlüklər, o cümlədən əlavə müavinət, pulsuz yaşayış yeri və qidalanma, tələbə mübadiləsi proqramlarında iştirak, intellektual və yaradıcı potensialın inkişafı, müasir şirkətlərdə iş təcrübəsi və əlavə təhsil kimi üstünlükləri təmin edir.

Məlumat üçün bildirək ki, “Azercell Telekom” öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz “Azercell”dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda “Azercell”in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, “Azercell” aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Təhsilə və gənclərə yardım etmək bundan sonra da “Azercell”in prioritet fəaliyyət sahəsi olacaq.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz    

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.