ISO 45 001:2018 “SAĞLAMLIQ VƏ ƏMƏYİN MÜHAFİZƏSİ”
Biz qurur duyuruq ki, bizim şirkətimizdə OHSAS 18001 - ISO 45001 beynəlxalq standartına miqrasiya prosesi uğurla nəticələnmişdir, bununla yanaşı, şirkətimiz ISO 9001:2015 və ISO 14001:2015 standartlarına uyğunluq sertifikatlarına da malikdir.
Bu standart təşkilatları sağlamlıq və təhlükəsizlik sahəsində daha yüksək pilləyə qaldırmağı hədəfləyir.
Fəaliyyətində ISO 45001 tətbiq edən təşkilatların faydalana biləcəkləri üstünlüklər aşağıdakılardır:
- Sağlamlıq və Əməyin Mühafizəsinə dair risklər barədə məlumatlılığın artması
- Sağlamlıq və Əməyin Mühafizəsi üzrə fəaliyyətin davamlı təkmilləşdirilməsi
- Ən təhlükəsiz iş yerlərindən biri olma nüfuzunun qazanılması
- Müntəzəm olaraq uyğunluğun təmini məsələlərinə dair bacarığın inkişaf etdirilməsi
- İnsidentlərin ümumi xərclərinin azaldılması
- Durğunluq və əməliyyatlarda yol verilən fasilələrə dair xərclərin azaldılması
- Sığorta haqlarının dəyərinin azaldılması
- İşdən kənarlaşma və işçi axınının azaldılması
- Öz sosial məsuliyyətlərindən narahat olan bir çox mövcud və potensial müştəriyə təsir göstərəcək beynəlxalq standarta uyğunluğa nail olmağın tanınması.