get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Ətraf mühit və Sağlamlıq

Sağlamlıq və Əməyin təhlükəsizliyi

Azercell şirkətinin sağlamlıq və əməyin mühafizəsi üzrə siyasəti

Azercell şirkətinin sağlamlıq və əməyin mühafizəsi üzrə siyasəti

Bu siyasət Sağlamlıq və Əməyin Mühafizəsi (SƏM) üzrə “Azercell Telekom” MMC-nin prinsiplərini təyin edir. Biz bütün “Azercell Telekom” MMC əməkdaşlarından gündəlik fəaliyyətlərində bu Siyasətin yüksək standartlarına riayət etmələrini gözləyirik. Biz “Azercell Telekom” MMC-nin rəhbərlik etdiyi bütün əməliyyatlarda bu prinsiplərin tam qəbul edilməsi uğrunda çalışacağıq.

ISO 45 001 “SAĞLAMLIQ VƏ ƏMƏYİN MÜHAFİZƏSİ”

Biz qurur duyuruq ki, bizim şirkətimizdə OHSAS 18001 - ISO 45001 beynəlxalq standartına miqrasiya prosesi uğurla nəticələnmişdir, bununla yanaşı, şirkətimiz ISO 9001:2015 və ISO 14001:2015 standartlarına uyğunluq sertifikatlarına da malikdir.

ISO 45 001 “SAĞLAMLIQ VƏ ƏMƏYİN MÜHAFİZƏSİ”

Covid-19 pandemiyası ilə mübarizə tədbirləri

Bildiyiniz kimi COVID-19 virusunun yayılmasının qarşısının alınması, əməkdaşlarımızın və müştərilərimizin sağlamlığının qorunması məqsədilə Azercell şirkəti bir sıra önləyici tədbirlər görməkdədir. Bu qəbildən olan işlər arasında ofislərin müntəzəm şəkildə dezinfeksiya edilməsi, iş yerlərində antiseptik dozatorların, ionizatorların quraşdırılması və s. kimi qabaqlayıcı tədbirlər qeyd edilə bilər. Azercell Müştəri Xidmətləri ofisləri əhalinin sıx ziyarət etdiyi məkan olduğu üçün burada çalışan əməkdaşlar və müştərilər üçün mövcud situasiyaya uyğun olaraq, iş fəaliyyətinin yeni qaydaları işlənib hazırlanmışdır. Belə ki, əməkdaşların fəaliyyət qrafikində edilmiş müvafiq dəyişikliklərlə yanaşı, onların abunəçilərlə yaxın fiziki təması nəzərə alınaraq belə Müştəri Xidmətləri ofislərində şəffaf arakəsmələrin quraşdırılmışdır. Qeyd edilən preventiv hərəkətlərin digər ofislərdə də icra edilməsilə yanaşı, sözügedən məkanların termal kamera və elektron termometrlərlə təchiz edilmişdir. Onu da qeyd edək ki, müştəri xidmətləri əməkdaşlarına qoruyucu maskalar, rezin əlcəklər, fərdi dezinfeksiya tədbirləri üçün spirt əsaslı antiseptiklər təqdim edilmişdir Sağlamlığınızı qoruyun!

"E-Təbib"

"e-Təbib" mobil tətbiqi Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxma faktlarının qeydə alınmış, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında məlumatları, tez-tez verilən suallara cavabları və profilaktik tədbirlər haqqında məlumatları təqdim edən tətbiqdir.

"E-Təbib"