get-img

Kabinetim for iOS Android

Install Install
arrow-back Press-releases

To the attention of Azercell subscribers.

calendar 20.12.2024

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 01.02.2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün aşağıdakı şərtlər tətbiq ediləcək:

· Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün təyin edilir. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.

· Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan bütün tarif paketlərində, hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən az olduqda, həmin nömrəyə 2 AZN (ƏDV daxil) məbləğində aylıq xidmət haqqı tətbiq ediləcək. Hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən çox olduqda aylıq xidmət haqqı tətbiq edilmir. Aylıq xidmət haqqı hesablanarkən Paycell və Simkredit xidmətlərindən istifadə nəzərə alınmır. Təqvim ayı bitdikdən sonra, növbəti ay (aylar) ərzində, balansda kifayət qədər vəsait olduqda müvafiq təqvim ayına aid olan aylıq xidmət haqqının tam məbləği balansdan çıxılır. Balansda kifayət qədər vəsait olmadıqda isə aylıq xidmət haqqı məbləği tam ödənilənədək balansdakı qalıq məbləğə müvafiq olaraq ardıcıllıqla hesabdan silinir. Balansda kifayət qədər məbləğ olmadığı təqdirdə müvafiq aylıq xidmət haqqı məbləği və ya qalıq hissəsi növbəti balans artırma zamanı hesabdan avtomatik olaraq çıxılır.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.